Artıq çəkidən azad olmaq istəyənlər üçün səhər yeməyi

Artıq çəkidən azad olmaq istəyənlər üçün səhər yeməyi


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Artıq çəkidən azad olmaq istəyənlər üçün səhər yeməyi

Artıq çəkidən azad olmaq istəyənlər üçün səhər yeməyi
"Artıq çəkidən azad olmağa çalışan insanın səhər yeməyi bir neçə vacib komponentdən ibarət olmalıdır".
Tatli.Biz "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin "Milli Tibbi Tədqiqat Endokrinoloji Mərkəzi"nin həkimi, qidalanma mütəxəssisi Tatyana Strelnikovanın "Komsomolskaya Pravda" qəzetindəki məqaləsində yer alır.
Onun sözlərinə görə, səhər yeməyinin əsasını zülallar təşkil etməlidir.
"Bu hüceyrələr üçün tikinti materialıdır və uzun müddət toxluq hissi yaradır. Yumurta, kəsmik, ağ pendir, təbii yoqurt, azca duzlanmış qızıl balıq səhər yeməyi üçün idealdır. Süd məhsulları seçərkən məhsulun yağlılıq nisbətini nəzərə almalısınız. Səhər yeməyində pendirə üstünlük verilirsə, tərkibində trans yağları olmayan ağ pendir alın".
Həkim əlavə edib ki, səhər yeməyi zamanı zeytun yağı istifadə etmək daha yaxşıdır: "İçki kimi təzə hazırlanmış qəhvə və ya bitki çayını seçin".
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024