Asfiksiya nədir?
Tatli.Biz

Asfiksiya nədir?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Asfiksiya nədir?

Asfiksiya nədir?
Asfiksiya kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur və karbon qazı xarici mühitə verilmir. Asfiksiyanın əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır:
* tənəffüs yollarının sıxılması, mənfəzinin şiş toxuması və ya yad cisimlə tutulması
* ağciyərlərə maye dolması
- suda boğulan adamların ağciyərlərinə su dolduqda
- dölün tənəffüs yoluna dölyanı maye dolduqda
* qırtlağın iltihab nəticəsində daralması
* tənəffüs əzələlərinin iflici
* toxuma tənəffüsünün pozulması.
Asfiksiya zamanı hipoksiya, hiperkaphiya və asidoz müşahidə edilir.
Asfiksiyanın inkişaf etməsi 4 mərhələdə gedir. Birinci mərhələdə təngnəfəslik müşahidə edilir, arterial təzyiq yüksəlir, ürək vurğuları sürətlənir. İkinci mərhələdə ekspirator təngnəfəslik meydana çıxır, təzyiq yüksəlir, sinir sisteminin fəallığı artır.
Üçüncü mərhələ tənəffüsün bir-neçə saniyədən bir 1-2 dəqiqə dayanması ilə xarakterizə olunur. Bu zaman arterial təzyiq azalır. Asfiksiyanın dördüncü mərhələsi terminal mərhələ hesab edilir. Bu zaman sinir mərkəzinin sarsıntısı nəticəsində reflekslər itir, bəbəklər genəlir, əzələlərin tonusu itir, arterial təzyiq kəskin surətdə aşağı düşür, ürək yığılmaları azalır, passiv nəfəsvermə müşahidə edilir.
Müşahidələr göstərmişdir ki, asfiksiya zamanı ürək fəaliyyəti tənəffüsün dayandığı andan sonra bir müddət davam edir.
Asfiksiya baş verən zaman onu yaradan səbəb aradan qaldırlmalı, toxumaların oksigenlə təhcizatı təmin olunmalıdır. Bu zaman süni tənəffüs, ürəyin xarici massajı və s. üsullarından istifadə edilir.

Dostlarınla Paylaş

Asfiksiya nədir? - Maraqlı məlumatı oxu


Asfiksiya nədir?, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Asfiksiya nədir?, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Saytda 150 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021