Bağırsaqların funksiyasının pozulması
Tatli.Biz

Bağırsaqların funksiyasının pozulması


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Bağırsaqların funksiyasının pozulması

Bağırsaqların funksiyasının pozulması
Bağırsaqların funksiyasının pozulması.
Bağırsaqlarda həzm prosesinin normal gedişi bir-biri ilə əlaqədar olan 3 prosesdən ibarətdir:
- həzm şirəsinin sekresiyası
- qida maddələrinin hidrolizi
- sorulma.
Bunlardan başqa bağırsaqların hərəki, inkretor və ekskretor funksiyaları vardır. Mədədən onikibarmaq bağırsağa gün ərzində 4-6 litrə qədər qida qarışığı (qida maddələri, su, həzm şirələri) keçir. Həmin müddət ərzində buraya 1,5 l-ə qədər öd, 2 l-ə qədər mədəaltı vəz şirəsi və 2 l-ə qədər bağırsaq şirəsi tökülür. Bu maddələrin qarışığına isə ximus deyilir.
Mədədən onikibarmaq bağırsağa keçən qida kütlələrinin həzmi mədəaltı vəz şirəsinin, ödün və bağırsaq şirəsinin iştirakı ilə davam edir. Bağırsaq şirəsinin tərkibində olan maddələr və fermentlər həzmin gedişini sürətləndirir. Nazik bağırsaqda isə həzm prosesi zəifləyir. Nazik bağırsaqların aşağı hissəsində qəbul edilən qida maddələri qana və limfa damarlarına keçir.
Bəzi patoloji proseslər isə bağırsaqların funksiyasının pozmaqla həzmin getməsinə mane olur. Bağırsaqların sekretor funksiyasının pozulmasına aşağıdakılar səbəb ola bilir:
- iltihabi proseslər
- duodenit
- enterit
- kolit
* onikibarmaq bağırsağın xora xəstəliyi.
İltihabi xəstəliklər mədə şirəsinin tərkibində seliyin miqdarının artmasına səbəb olur.
Nazik bağırsaqlarda həzm prosesinin gedişi mədəaltı vəz şirəsinin və ödün sekresiyasından asılıdır. Nazik bağırsaqlarda həzm aşağıdakı hallarda pozula bilir:
* mədəaltı vəzin çıxacaqlarının tutulması zamanı
* kəskin və xroniki pankreatitlər
* onikibarmaq bağırsağın iltihabı
* azan sinirin zədələnməsi
* mədəaltı vəzin şirələri
* allergik zədələnmələr.
Bağırsaq funksiyalarının pozulmalarına öd sekresiyasının axmaması və ya azalması, mədəaltı vəzin şirəsinin azalması və ya axmaması, mədəaltı vəzin travmaları da səbəb olan amillərdən sayılır.

Dostlarınla Paylaş

Bağırsaqların funksiyasının pozulması - Maraqlı məlumatı oxu


Bağırsaqların funksiyasının pozulması, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Bağırsaqların funksiyasının pozulması, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Saytda 183 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021