Beyin hüceyrələrini öldürən qida

Beyin hüceyrələrini öldürən qida


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Beyin hüceyrələrini öldürən qida

Beyin hüceyrələrini öldürən qida
Yaşlandıqca bəzi orqanlarda problemlər yaranır. Bu problemlərin kəskinliyi isə pəhrizdən, nə qədər idman etdiyinizdən və genetika kimi bir sıra amillərdən asılıdır. Beyin yaşdan ən çox təsirlənən orqandır. Yaddaş problemləri və beyinlə bağlı bir çox xəstəliklər əksər yaşlılarda müşahidə edilir. Ancaq düzgün qidalanma ilə beynin gücünü qorumaq öz əlimizdədir.
Tatli.Biz medicina.az-a istinadən xəbər verir ki, tədqiqatlara əsasən, müəyyən qidalardan daha çox istifadə etmək beyni qoruduğu kimi, bəzi qidalar isə əks təsir göstərir.
Həkim-onkoloq Cenin Bourinq beyin hüceyrələrini məhv edən iki qidanın adını açıqlayıb. O, bu qidaların marqarin və kartof qızartması olduğunu bildirib.
Həkimin sözlərinə görə, marqarin birbaşa beynə zərər verir:
"Beyni zədələyən qidalardan ən birincisi marqarindir. Marqarin trans yağlardan hazırlanır, bu da bütün bədəninizdə iltihaba səbəb olur, lakin xüsusilə beyin və sinir sisteminiz üçün təhlükəlidir. Trans yağlar beyin və sinir sisteminə mənfi təsir göstərir".
Cenin Bourinqin sözlərinə görə, təkcə kartof qızartması yox, müəyyən yağlarda qızardılmış bütün qidalar beyin hüceyrələrini məhv edir:
"Təəssüf ki, mən də kartof qızartmasını sevirəm. Qızartma üçün əsasən bitki və ya kanola yağından istifadə olunur. Bu yağ turşuları da iltihaba səbəb olur. Araşdırmalar göstərdi ki, qızardılmış qidalar beyin üçün çox təhlükəlidir".
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 216 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024