Bioloji parçalanan implantlar

Bioloji parçalanan implantlar


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Bioloji parçalanan implantlar

Bioloji parçalanan implantlar
Mütəxəssislər zədələnmiş sümükləri bərkitmək yolu ilə fiksə edən mineral-polimer implantları yaradıb. Bu cür materiallar hazırda istifadə olunan standart metal konstruksiyaları əvəz edə bilər. Tədqiqatçılar yeni implantın əsas üstünlüyünü qeyd edərək, onun xəstənin sümük toxumasını tamamilə əvəz etdiyini bildirir.
Tatli.Biz deyerler.org-a istinadən bildirir ki, implant hissələrini və ya vintləri çıxarmaq üçün yenidən əməliyyatlara ehtiyac yoxdur. Tədqiqatçılar yeni materialın tərkibini, sümük hüceyrələri tərəfindən parçalanan polimer və kalsium tərkibli maddələrdən hazırlayıb. İstehsalçıların planlaşdırıldığı kimi, implantlar quraşdırıldıqdan sonra, altı aydan iki ilə qədər müddətdə, sümükləri kalsium və fosforla qidalandıraraq, onları bərpa etməklə orqanizm tərəfindən həzm ediləcək. Material daxildə həll etdikdən və zədəni sağaltdıqdan sonra, onun heç bir hissəsi qalmamalıdır.
Xatırladaq ki, hazırda sümükləri düzəltmək üçün vintlər və sancaqlardan istifadə olunur, onların çıxarılması ikinci bir əməliyyat tələb edir. İmplantların yaxın bir neçə ilə bazara çıxarılması gözlənilir.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023