Blefaritin yaranma səbəbləri

Blefaritin yaranma səbəbləri


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Blefaritin yaranma səbəbləri

Blefaritin yaranma səbəbləri
Blefarit - göz qapaqlarının iltihablandığı və xarici kənarlarının təsirləndiyi xroniki bir xəstəlikdir. Blefarit ikitərəfli və göz bölgəsindəki ağrı ilə xarakterizə olunur. Hər yaş kateqoriyasındakı insanlara təsir göstərir. Blefarit müxtəlif amillərin təsirindən yarana bilər. İnfeksion blefaritlərə bakteriya (epidermal və qızılı stafilokokk), göbələk, gənələr; qeyri-infeksion formaya isə allergik agentlər, oftalmoloji xəstəliklər səbəb olur. İnfeksion blefaritlərin əsas törədicisi kirpiklərin tük kisəciklərini zədələyən stafilokokklardır. Xroniki kolit, qastrit, xolesistit; kirpiklərin düzgün böyüməməsi, şəxsi gigiyena qaydalarına əməl edilməməsi və linzalardan düzgün istifadə edilməməsi, mənfi ekoloji şərait, kimyəvi və nikotin qıcıqlandırıcıları, günəşə uzun müddət məruz qalma və s. təsirə malikdir. Blefaritin əlamətləri: narahatlıq hissi, gözdə xarici bir cisim, ağır göz qapaqları, ağrı, qaşınma, fotofobi, palpebral boşluğun daralması, şişkinlik, göz qapaqlarının hiperemiyası, lakrimasiya və ya quru gözlər. Diaqnoz şikayətlər, göz qapaqlarına baxış, laborator müayinələr əsasında qoyulur. Diaqnostika prosesində görmə itiliyi təyin olunur. Göz qapaqlarının kənarları, konyunktiva, göz alması, buynuz qişanın vəziyyətini qiymətləndirmək üçün gözün biomikroskopiyasından istifadə edilir. Hipermetropiya, miopiya, presbiopiya, astiqmatizmi aşkar etmək məqsədilə refraksiyanın və akkomodasiyanın vəziyyəti təhlil edilir. Bu xəstəliyin qarşısını almaq üçün hər hansı bir xroniki xəstəliklərin vaxtında müalicəsinə, həmçinin infeksiya ocaqlarının təmizlənməsinə xüsusi diqqət yetirilməlidir.
Profiloktik tədbir:
İmmuniteti gücləndirin, şəxsi gigiyena qaydalarına və linzaların istifadəsinə ciddi riayət edin, əsəbləşməyin,  yüksək keyfiyyətli kosmetikadan istifadə edin, gecə makiyajı çıxarın.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024