Boyunuzun uzanmasını istəyirsinizsə mütləq oxuyun

Boyunuzun uzanmasını istəyirsinizsə mütləq oxuyun


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Boyunuzun uzanmasını istəyirsinizsə mütləq oxuyun

Boyunuzun uzanmasını istəyirsinizsə mütləq oxuyun
Tokio Araşdırmalar Laboratoriyasının Milli Sağlamlıq Departamenti insanın orqanizmində onun boy artımına səbəb ola biləcək zona olduğunu sübut etmişlər. Onlar bu zonanın insanın onurğa sütununda yerləşdiyini söyləyirlər. Mütəxəssislər boy artımına səbəb olan hissənin insanın yeniyetmə yaşına qədər sürətli fəaliyyətdə olduğunu söyləyirlər. Mütəxəssislər həmin hissənin yeniyetmə gəncin bel hissəsində fəqərələrarası diskə fiksasiya edildiyini sübut etmişlər.
Tokio Laboratoriyasının həkimləri boyun uzanmasına səbəb olan bölgənin yumşaq toxumadan ibarət olduğunu qeyd edirlər. Belə ki, həmin nahiyə plastik quruluşa malikdir. Bu səbədən də yükləmə zamanı həmin nahiyəyə ağırlıq düşmür. Boy artımına səbəb olan nahiyə insanın 30 yaşına kimi fəaliyyət göstərir. Belə ki, həmin hissə fəaliyyət göstərdiyi müddətində az miqdar olmaq şərtilə sıxılmalara məruz qalır və getdikcə kiçilir. Onurğa sütunu insanın müxtəlif istiqamətlərdə hərəkət etməsi zamanı həmin hissə də hərəkət edir və sağa, sola, önə, arxaya doğru əyilir. Onurğa sütunu insanın həyati vacib orqanlarının duruşunu, orqan və toxumaların sinir və damarlarla qidalanmasını təmin edir. Müəyyən yaş dövrünə qədər isə boyun uzanmasına səbəb olan hissə öz funksiyasını yerinə yetirir. Belə ki, orqanizm nə qədər fiziki fəaliyyət göstərirsə, onurğanın həmin bölgəsi də fəaliyyətdə olur və 15-19 yaşlarına kimi insanın boyunun artmasına səbəb olur.
Əslində boyun uzanmasında genin spesifik xarakterinin, idmana olan meyilliliyinin, təyin edilmiş fiziki hərəkətlərinin də rolu böyükdür. Laboratoriyanın həkimləri bu səbəblərdən də daima təyin edilmiş idman növləri ilə məşğul olanlarda boy artımının sürətlə inkişaf etdiyini söyləyirlər. Belə ki, fiziki hərəkət zamanı onurğanın fəaliyyət göstərməsi boy artımına səbəb olan bölgənin hərəkət etməsinə və dolayısıyla da boyun uzanmasına səbəb olur. Həmin nahiyənin fiziki hərəkət etməsi isə boyun təbii olaraq 15-20 sm uzanmasına səbəb olur.

Dostlarınla Paylaş

Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024