Bronxların funksiyasının pozulması

Bronxların funksiyasının pozulması


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Bronxların funksiyasının pozulması

Bronxların funksiyasının pozulması
Bronxların funksiyalarının pozulmasına aşağıdakı xəstəliklər səbəb olur:
* bronxların iltihabi xəstəlikləri
* allergik reaksiyalar zamanı.
Bronxit xəstəliyi zamanı bronxiolların selikli qişasında iltihab mənşəli ödem əmələ gəlir. Bunun nəticəsində bronxiolların mənfəzi daralır, bronxlarda və bronxiollarda toplanan bəlğəm ağciyər ventilyasiyasını çətinləşdirir. Kiçik qan dövranında olan durğunluq da bronxiolların daralmasına səbəb olur. Bu ağciyər ödeminin inkişafı ilə əlaqədar olur.
Bronxial astma xəstəliyinin tutmaları zamanı bronxiallarda selik ifrazı artır və onların əzələ liflərində spazm baş verir. Bu zaman bronxlarda qatı bəlğəm toplanır, tənəffüs yollarının selikli qişasında hiperemiya və ödem əmələ gəlir. Xəstəlik tutmaları zamanı havanın hərəkətinə qarşı bronxiolların müqaviməti kəskin surətdə artır. Bunun nəticəsində tənəffüs əzələlərinin gərginliyi yüksəlir. Bu zaman ağciyər alveolları yaxınlıqda olan bronxiollara təzyiq etmək, onların daha artıq sıxılmasına səbəb olur. Bu zaman ağciyərdən hava cıxdıqca onun həcmi kiçilir. Nəfəs vermənin müəyyən bir mərhələsində bronxiollar tamamilə büzüşür və alveollarda toplanan havanın bir hissəsini geriyə buraxmır.
Bronxial astma tutmaları ağciyərlərin elastikliyinin azalmasına və emfizemanın inkişafına səbəb olur.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 37 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023