Bu 8 əlamət sizin böyrəklərinizin təhlükədə olduğunu bildirir

Bu 8 əlamət sizin böyrəklərinizin təhlükədə olduğunu bildirir


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Bu 8 əlamət sizin böyrəklərinizin təhlükədə olduğunu bildirir

Bu 8 əlamət sizin böyrəklərinizin təhlükədə olduğunu bildirir
Böyrəklər orqanizmin həyatı üçün vacib sayılan orqanlardan biridir. Böyrəklər orqanizmə daxil olan mayenin təmizlənməsini və detoksikasiysını təmin edir və zərərli maddələrin qana keşməsinin qarşısını alırlar. Böyrəklər gün ərzində 100-150 litr qanı filtir edir. Böyrəklərin sağlam olması qanın təmiz olmasına və orqanizmin normal olmasına səbəb olur. Böyrəklərin işi orqanizmdən lazımsız və artıq maddələrin xaric olmasına səbəb olur. Böyrəklərin sağlam işləməsi sümük və qan sisiteminin, arterial təzyiqin normal fəaliyyət göstərməsinə səbəb olur. Böyrəklərin sağlam olmaması yuxarıda sadalanan funlksiyaların pozulmasına səbəb olur. Aşağıdakı əlamətlər böyrəklərin funlsiyasının normal olmamasının göstəricisi sayılır.
1. Şişkinlik
Böyrəklərin funksiyası zəiflədikdə böyrəklər mayenin hamısını xaric edə bilmir və orqanizmdə artıq maye yığılır. Bu da orqanizmdə şişkinliyə səbəb olur.
2. Sidiyə çıxma zamanı baş verən dəyişikliklər  
* sidiyin rənginin dəyişməsi
* sidiyin miqdarının azalması
* tez-tez sidiyə çıxma
* sidiyin xüsusi çəkisinin artması
3. Dəri səpgiləri
Böyrək çatışmazlığı dəridə səpgilərin əmələ gəlməsinə səbəb ola bilir. Bu zaman dərinin quruluğu artır, dəri qıcıqlanmaya qarşı həssas olur. Böyrək çatışmazlığı zamanı dəridə əmələ gələn quruluğu heç bir kosmetoloji kremlərlə aradan qaldırmaq olmur.
4. Yorğunluq
Böyrəklər sağlam olmadıqda onun hormonal funksiyası pozulur və böyrək damarlarında ptologiyalar meydana gəlməyə başlayır. Bu zaman beyində və əzələlərdə hormonal disbalans səbəbindən patologiyalar meydana gəlməyə başlayır və bu da özünü xroniki yorğunluqla biruzə verir.
5. Təngnəfəslik
Böyrək çatışmazlığı orqanizmdə oksigen aclığının əmələ gəlməsinə səbəb olur. Bu isə özünü təngnəfəsliklə biruzə verir.
6. Ağızda metal dadının olması  
Orqanizmdən xaric olunmalı məhsulların böyrək çatışmazlığı zamanı qana keçməsi xəstələrin ağzında xoşagəlməz dadın olmasına səbəb olur. Bu zaman xəstələrin bəzi qidalara olan iştahı itir.
7. Ağrı
Belin arxa hissəsində ağrıların meydana gəlməsi böyrək xəstəliyinə xas olan xüsusiyyətdir. Ağrı qəfil meydana çıxdıqda daş xəstəliyinin, sızıldayıcı olduqda isə böyrəyin iltihabi xəstəliklərinin əlaməti hesab edilir.
8. Baş hərlənməsi və diqqəti cəmləyə bilməmək
Beyinin oksigenlə normal qidalanmaması, yaddaş problemləri və diqqətsizlik böyrək çatışmazlığı zamanı baş verə bilir.
Yuxarıda qeyd olunan əlamətlərdən ən azı ikisi sizdə varsa o zaman mütləq böyrək həkiminə müraciət etməniz məsləhət bilinir.

Dostlarınla Paylaş

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023