Bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür
Tatli.Biz

Bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür

Bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür
Dəlibəng bitkisi əvvəlcə adamı dəli edir, sonra öldürür. Azərbaycanın hər yerində geniş yayılmış bir bitkidir, hətta Bakı şəhərinin bir neçə yerində ona rast gəlmişəm.
Dəlibəng zəhərli bir bitkidir. Tərkibi alkaloidlərlə zəngin olduğundan çox kiçik dozada dərman vasitəsi kimi istifadə olunur. Amma bu bitki özbaşına yox, xüsusi təyinatlar əsasında qəbul oluna bilər. Astma xəstəliyinin müalicəsində dəlibəng yarpaqlarının qurudularaq adi siqaret kimi çəkilməsi boğulma tutmasının qarşısını alır. Yarpaqlarının tərkibində çox miqdarda olan alkaloidlərin sayəsində çox güclü ağrıkəsici təsirə malikdir. Yarpaqlarının dəmləməsini içmək olmaz, yalnız xaricə istifadə oluna bilər.
Meyvəsi qozdan biraz böyük, üstü tikanlı olur, partlayır və içində qara toxumlar görünür. Bu toxumları yeyənlər əvvəlcə dəli olur və müxtəlif qəribə hərəkətlər edirlər. Məsələn, gözlərinə yanan bir işıq görünür və gördükləri işığın ardınca qaçırlar, durmadan qaçırlar, bəzən qışqırırlar. Səbəbini soruşduqda isə deyirlər ki, işıq göyə qalxdı və s. Bunlara tibdə hallüsinasiyalar deyilir. Bundan sonra kəskin zəhərlənmə baş verir və tədbir görülməzsə, insan həyatını itirə bilir. Əsasən uşaqlar bilmədən bu toxumlardan yeyirlər.
Orta əsrlərdə xanımlar daha gözəl görünmək üçün gözlərinə dəlibəng dəmləməsi tökürmüşlər. Gözə tökülən dəlibəng göz bəbəklərini genişləndirir və xanımların daha da gözəl görünməsinə səbəb olurmuş. Ona görə o vaxtlar bu bitkiyə gözəl xanımların gözü, xanımotu kimi adlar da verilibmiş. Keçmişdə yuxusuzluğun qarşısını alan bir vasitə kimi bu bitkidən istifadə olunurmuş.

Dostlarınla Paylaş

Bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür - Maraqlı məlumatı oxu


Bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Saytda 150 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021