Bu qidalar beyin üçün olduqca FAYDALIDIR


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Bu qidalar beyin üçün olduqca FAYDALIDIR

Bu qidalar beyin üçün olduqca FAYDALIDIR
Dietoloq Hanna Brey beyin sağlamlığını qorumağa imkan verən və demensiya riskini azaltmağa kömək edən qidlar barədə danışıb.
Tatli.Biz xəbər verir ki, mütəxəssisin sözlərinə əsasən, koqnitiv funksiyaların qorunması üçün ən yaxşısı Aralıq dənizi pəhrizidir. Bu pəhrizdə meyvə-tərəvəzə, zeytun yağlı salatlara, həmçinin Omeqa-3-lə zəngin balığa üstünlük verilir.
Brey qeyd edir ki, beyin "sərbəst radikalların və stresin dağıdığcı təsirinə qarşı zəifdir", ona görə də mümkün qədər çox antioksidant yemək vacibdir. Belə ki, meyvə və giləmeyvələr arasında qara üzüm və qarağat kimi tünd rəngə malik olanları seçmək lazımdır.
Bundan əlavə, dietoloq qidaya yoqurt, qatıq, kələm və göbələk kimi ərzaqları qatmağı məsləhət görüb. Həmçinin həkim qanda şəkərin miqdarını izləməyi və yeməyə qanda şəkərin miqdarını azaldan darçın əlavə etməyi tövsiyə edir. 
Tatli.Biz

Dostlarınızla Paylaş

Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026