Bu səbəblər yaşlıları depressiyaya salır

Bu səbəblər yaşlıları depressiyaya salır


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Bu səbəblər yaşlıları depressiyaya salır

Bu səbəblər yaşlıları depressiyaya salır
Depressiyaya hər yaş dövründə rast gəlinir.Həkimlər yaşlı insanların kefsiz,sevincsiz,durğun olmasını ətrafdakılar tərəfindən normal qarşılanmasını normal hesab etmirlər.Onlar depressiyanın ən çox yaşlı insanlarda olduğunu qeyd edir bə bunun onların sağlıqları ilə əlaqəli olmadığını qeyd edirlər.
Yaşlılarda depressiyanın müalicəsi onlarda əmələ gələn digər xəstəliklər kimi gec sağaldığını deyirlər.Çünki,yaşlı adamlarda olan digər xəstəliklərin üstünə depressiya da əlavə olunduqda müalicə çətinləşir.
Bəzən ətrafdakı insanlar yaşlı insanların kefsiz görünməsinin səbəbini onların yaşlılıqları və xəstəlikləri ilə əlaqələrdirir və onlara çox da diqqət vermirlər Bu isə yaşlı adamların psixoloji vəziyyətlərini daha da dərinləşdirir və onların depressiya vəziyyətinin əmələ gəlməsinə səbəb olur.Bu zaman onlar daima aşağıdakılardan şikayət edirlər:
- baş ağrılarından
- sümüklərinin sızıldamasından
- hava çatışmazlığından
- bağırsaqlarda köpün olmasından
- ürək sıxılmdan
- iki addım atarkən yorğunluqdan
Bu şikayətlərin olmasına baxmayaraq heç bir yaşlı insan depressiyadan müalicə olunmur.Hətta Amerikada mütəxəssislərin hesablamaları belə şikayətləri olan yaşlı adamlardan 55%-in müalicə almadığını qeyd edir.
Müalicə olunan xəstələin əksəriyyəti isə antidepressatdan istifadə edərkən digər xəstəliklərinin də sağaldıqlarını söyləyirlər.
Depressiya digər xəstəliklərdən əziyyət çəkən yaşlıları daha çox narahat edir.Belə ki,depressiyanın dərin olması zamanı yaşlılara ürək-damar,ağ ciyər və digər orqanlarda olan xəstəliklərdən daha çox əziyyət verir.Bu da ən çox insan və cəmiyyət içərisinə çıxmayan,işləməyən,ətrafdakı qohum-əqraba ilə əlaqəni kəsən yaşlılarda baş verir.Bu zaman xəstə depressiya müalicəsi aldıqda onun bədənində olan ağrılar da azalır.
Yaşı adamlarda depressiya ən çox aşağıdakı hallarda baş verir:
- qadınlarda
- dul qalmış kişilərdə
- sosial vəziyyəti aşağı olanlarda
- kədərli hadisələr yaşaynlarda
- qəfil bəd xəbər eşidənlərdə
- xəstələrdə
Yaşlılarda depressiyanın baş verməsinə səbəb beyin damarlarında və funksiyasında baş verən patologiyalardır.Ən çox damarların daralması və beyin qansızması yaşlıların depressiyaya düşməsinə səbəb olur.Bədəndə şikəstliyə və iflicə səbəb olan xəstəliklər də depressiyaya səbəb ola bilir.Bəzən beyin damarlarında insanın özü hiss etmədən xırda damarların zamanla tutulmaları baş verir ki, bu da xəstələrdə gözlə görülə biləcək zədələnmələr əmələ gətirmir,amma depressiyaya səbəb olur.
Beyinin tomoqrafiyası zamanı zədələnmə ocaqları müşahidə edilən insanlarda daha çox depressiya əlamətləri meydana çıxır.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 166 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024