Bu vitaminin əskikliyi intihar fikirləri yaradır ALİMLƏR

Bu vitaminin əskikliyi intihar fikirləri yaradır ALİMLƏR


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Bu vitaminin əskikliyi intihar fikirləri yaradır ALİMLƏR

Bu vitaminin əskikliyi intihar fikirləri yaradır ALİMLƏR
"Günəş vitamini" kimi tanıdığımız D vitamini yağda həll olan vitamindir. Sümüklərin sağlamlığına, kalsiumun mənimsənilməsinə, beynin işləməsinə, bütün hüceyrələrin bölünüb yenilənməsinə, immunitetin çalışmasına təsir edir.
Hazırda dünyada istər gənclərdə, istər uşaqlarda kəskin D vitamini əsklikliyi yaşanır.
Normada bədəndə D vitamini 50-80 arası olmalıdır. Lakin analizlərdə nəticə 30 çıxanda belə həkimlər sevinir, çünki əksəriyyətdə bu 6-8-15 çıxır. Bu isə o deməkdir ki, orqanizmin D vitamini anbarı boşdur və hüceyrələr acdır.
Tatli.Biz xəbər verir ki, tədqiqatçılar D vitamini çatışmazlığı ilə depressiya, psixi problemlər və intihara meyillik arasında əlaqəni araşdırıblar.
2013-2017-ci illər arasında bir neçə min könüllünü tədqiqata cəlb edən alimlər depressiyadan əziyyət çəkən iştirakçılarda D vitamin səviyyəsini yoxlayıblar və onlarda kəskin defisit olduğunu aşkarlayıblar.R
Bununla da D vitamini çox aşağı olan insanların depressiya və intihar riski qrupuna digərlərindən daha yaxın olduğu sübut olundu.
Əvvəlki 2005-ci ildəki elmi araşdırmada beynin depressiyaya cavabdeh hissələrində D vitamini reseptorlarını aşkar edib.
Bununla beynin birbaşa olaraq D vitaminindən çox asılı olduğu üzə çıxdı.
Uzun müddət açıq hava, günəşdən, təbiətdən uzaq qalan, zəif qidalanan müasir insanlarda D vitamini yüksək ola bilməz.
Ona görə də depressiya əlamətləri hiss edilən hər kəsdə bu analiz verilməli və əlavə D vitamini preparatları təyin edilməlidir. /medicina.az
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 250 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024