Bu yağları yeməyin, çox zərərlidir! - Həkimdən xəbərdarlıq

Bu yağları yeməyin, çox zərərlidir! - Həkimdən xəbərdarlıq


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Bu yağları yeməyin, çox zərərlidir! - Həkimdən xəbərdarlıq

Bu yağları yeməyin, çox zərərlidir! - Həkimdən xəbərdarlıq
Son zamanlar Cənubi Asiya ölkələrində geniş yayılmış əridilmiş yağ və onun çeşidi olan qxi çox məşhurlaşıb. İnsanlar adi kərə yağı əvəzinə onlardan istifadə etməyi üstün tuturlar. Ancaq bu məhsullar təhlükəli ola bilər.
Tatli.Biz publika.az-a istinadən xəbər verir ki, bu sözləri qastroenteroloq və hepatoloq Sergey Vyalov deyib. O, bildirib ki, əridilmiş və ya təmizlənmiş kərə yağı bütün süd qatı maddələrinin çıxarıldığı yağdır.
"Əgər adi kərə yağının 100 qramında 21 milliqram xolesterin varsa, əridilmiş kərə yağında və qxi yağında 25 milliqram xolesterin var. Bundan başqa daha zərərli doymuş yağ turşuları da ehtiva edir", - Vyalov Teleqram kanalında yazıb.
Mütəxəssisin sözlərinə görə, əridilmiş yağda və qxidə kalsium, fosfor və kalium kimi faydalı elementlərin miqdarı azalır. Belə bir məhsul xüsusilə qaraciyər, ürək və mədəaltı vəziyə daha çox zərər verə bilər. Vyalov izah edib ki, qxi qaymağı qızdırıb saflaşdırmaq yolu ilə, təmizlənmiş yağ isə qaymaq və kərə yağını qızdırmaq və əritməklə əldə edilir.
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024