Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdı

Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdı


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdı

Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdı
Ürək-damar sağlamlığının qorunması uzun və sağlam ömür sürməyin bir nömrəli şərtidir. Bəs ürək-damar xəstəliklərinin təsirlərini azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün nələr etməliyik?
Bununla bağlı saytımıza açıqlama verən Tibet təbabəti üzrə menecer, naturopat Günay Seyfullayeva hazırda bütün dünya əhalisinin bu bəladan əziyyət çəkdiyini deyib.
"Aterosklerotik mənşəli ürək-damar xəstəlikləri, xüsusən də ürəyin işemik xəstəlikləri bütün dünyada vaxtından əvvəl ölümün əsas səbəbi olaraq qalır. Profilaktik tədbirlər doğuşdan qocalığa qədər bütün həyat boyu aparılmalıdır", deyə gənc naturopat bu tip xəstəliklərin qarşısını vaxtından əvvəl alına biləcəyindən bəhs edir.
Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdı
O, əsas profilaktika strategiyalarını sadalayıb:
"Əsas profilaktika strategiyaları: Əhalinin həyat tərzinin, ekoloji vəziyyətinin dəyişdirilməsi, sağlam həyat tərzinin təbliğidir.
Bioloji (dəyişdirilməyən) amillər: - Yaş, cins, irsiyyət, şəkərli diabet və piylənmənin yaranmasına səbəb olan genetik amillər, piylənmə və bədəndə yağların paylanması.
Davranış (dəyişdirilə bilən) amilləri: - Qidalanma vərdişləri, siqaret çəkmə, fiziki fəaliyyət, spirtli içki qəbulu, stressə məruz qalma. 
Risk faktorlarından birinin belə olması 50-69 yaşlı kişilərdə ölüm göstəricisini 3,5 dəfə, bir neçə faktorun birgə təsiri isə 5-7 dəfə artırır. Beləliklə, ÜİX risk faktorlarına təsir göstərmək üçün hər bir fərdi formalaşdırmağa həvəsləndirmək lazımdır".
Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdı
Xanım naturopat vurğulayıb ki, ürəyin işemik xəstəliyinin qarşısının alınması iki qrupa bölünə bilər:
"İlkin profilaktika işin və istirahətin balanslaşdırılmış rejiminin qorunması, fiziki aktivliyin artırılması, xörək duzunun məhdudlaşdırılması, alkoqoldan və siqaretdən imtina etməyi, qəbul edilən kalorilərin və bədən çəkisinin azaldılmasını əhatə edir.
İkinci dərəcəli profilaktika xəstəliklərin öncədən qarşısının alınması, real risk faktorları olan xəstə insanlarda fəsadların inkişafını dayandırmaq, xəstələnmə və ölüm hallarının azaldılmasıdır. Bunun üçün ölkəmizdə hazırda geniş yayılmış bioloji fəallığa malik təbii qida əlavələrinin qəbuludur ki, (dərman deyil) orqanizmimizə yad deyil. Tam rahat şəkildə hər gün profilaktik olaraq qəbul edib xəstəlikləri özümüzdən uzaqlaşdırmaq olar. Ən geniş yayılmış və köklü olaraq orqanizmimizə hüceyrə səviyyəsində təsir edən qida əlavələri isə Tibet təbabətinə söykənir. Bunlardan Resveratorlu kapsullar (fransız qırmızı üzüm çəyirdəyindən hazırlanmış) xüsusi Jenşen çayı, təbii buğda yağı kapsulları, Tibet göbələyi (təbii antibiotik) və müxtəlif növ ionlaşmış kapsulları göstərmək olar".
Sağlam olaq ki, sağlam düşünək!
Tatli.Biz
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 218 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024