Tatli.Biz

"Çay nədir, say nədir?" deyənlərə xəbərdarlıq


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

"Çay nədir, say nədir?" deyənlərə xəbərdarlıq

"Çay nədir, say nədir?" deyənlərə xəbərdarlıq
Qaynar çay içmək həyat üçün təhlükəli fəsadlara yol açır. 
Tatli.Biz Sputnik Azərbaycan-a istinadın bildirir ki, bir neçə il ərzində 500 min insanı müşahidə edən mütəxəssislər belə qənaətə gəliblər ki, müntəzəm olaraq 65 dərəcədən isti çay içmək həzm yollarının xərçənginə səbəb olur. 
Qastroenteroloq, professor Vedat Göral deyir ki, bu xərçəng xəstəliyi dünyada ölüm səbəblərindən altıncısıdır (digər mənbələrə görə - səkkizincidir). 
"Bu, çox ciddi xəstəlikdir. Onun genetik əsası var, amma tətikləyici amillər də mövcuddur. Araşdırmalara görə, Türkiyənin şərqində, Çində, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda çay və digər isti içkilər çox içildiyindən qida borusunun xərçənginə daha çox rastlanır", - professor deyib. 
İnsan siqaret çəkdiyi və alkoqollu içki içdiyi zaman bu xəstəliyin inkişaf riski daha da artır.
"Əgər siqaret çəkən adam çoxlu miqdarda qaynar çay içirsə, xərçəngin inkişaf riski iki dəfə artır, alkoqol qəbul edirsə, risk beş qata yüksəlir", - Göral qeyd edib.
Əgər qaynar olduğundan stəkanı əlinizdə tuta bilmirsinizsə, o zaman həmin çayı içmək təhlükəlidir. Təzə dəmlənmiş çay sevənlər onu içmədən öncə gərək 3-4 dəqiqə soyumasını gözləsinlər. Mütəxəssis əlavə edir ki, gün ərzində 3-4 fincandan artıq çay içmək də yaxşı deyil.
Qaynar içkinin ardından soyuq maye qəbul etmək də professorun fikrincə, yanlışdır, çünki bu səbəbdən qida borusunda yaralar açılır və yenə də xərçəngə səbəb olur. 
Ekspert deyir ki, bu xəstəliyin ən vacib əlaməti udqunmanın pozulmasıdır. Patologiyanı vaxtında aşkarlayıb müalicə etmək üçün həkimə müraciət edib, endoskopiya, biopsiya mərhələlərindən keçmək gərəkdir.
Tatli.Biz  /news.milli.az

Dostlarınla Paylaş

"Çay nədir, say nədir?" deyənlərə xəbərdarlıq - Maraqlı məlumatı oxu


"Çay nədir, say nədir?" deyənlərə xəbərdarlıq, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, "Çay nədir, say nədir?" deyənlərə xəbərdarlıq, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Allah anlayışı, Allahın 99 adı, Din anlayışı, Quran haqqında, Secde haqqında, Iman anlayışı, Islam haqqında, Namaz haqqında, Oruc haqqında, Qiyamet haqqında, Resullar haqqında, Şehadet anlayışı, Hecc haqqında, Diriliş haqqında, Rukun haqqında, Ihsan haqqında, Meişet duaları, Feyyaz duası, Ferec duası, Ayetul duası, Olum haqqında, Qebir haqqında, Berzex anlayishi, Qebrden qalxmaq, Emel hesablama, Sirat korpusu, Behişt haqqında Sevgi Dunyasi, Islam Dini, Letifeler, Dahilerin Sozleri, Maraqli Hadiseler, Burcler Haqqinda, Vetenim, Toy Merasimi, Maraqli Hekayeler, Maraqli Melumatlar, Insanlari Tani

Saytda 150 nəfər
Tatli.Biz
MobTop.az
©Tatli.Biz 2010-2021