Çəpgözlük
Tatli.Biz

Çəpgözlük


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Çəpgözlük

Çəpgözlük
Bu zaman gözlərin görmə oxları üst-üstə düşmür. Bir göz normal oxdan kənara çəkilir. Nəticədə gözdə ikiləşmə baş verir, bu da görmənin pozulmasına səbəb olur.
Səbəbləri:
- irsi və genetik pozğunluqlar. Əgər valideynlərin birində çəpgözlük olubsa, uşaqlarda əmələ gəlmə riski böyükdür. Daun sindromu olan uşaqlarda çox rast gəlinir.
- hamilə qadınların toksiki maddələrə, alkohola məruz qalması
- uşaq serebral iflici
- baş beynin hidropsu
- yaxındangörmə , uzaqdangörmə, astiqmatizm
- katarakta- büllurun bulanması
- torlu qişanın qabıqlanması
- görmə sinirinin atrofiyası
- kəllə travmaları
- baş beyin infeksiyaları; meningit, ensefalit
- keçirilmiş insult
- dağınıq skleroz
Simptomları
2 növü - paralitik və müştərək çəpgözlük ayırd edilir.
Paralitik çəpgözlük - gözü hərəkət etdirən əzələnin iflici nəticəsində baş verir. Belə xəstələrdə göz alması zədələnmiş əzələyə tərəf çevrilə bilmir. Belə xəstlərdə baş ağrıları, başgicəllənmə qeyd olunur. Yaxşı görmək üçün başlarını əyməli olurlar.
Müştərək çəpgözlük - gözdə ikiləşmə olmur. Hər 2 göz müxtəlif istiqamətlərdə hərəkət edə bilir. Əgər baxış bir nöqtəyə zillənirsə, bir göz əks tərəfə hərəkət edir. Bu forma yaxından görmə, uzaqdan görmə, asiqmatizm və digər xəstəliklərdə ola bilər.
Siz nə edə bilərsiniz:
Vaxtında həkimə müraciət etmək lazımdır.
Həkim nə edə bilər:
- görmənin eynəklər, kontakt linzalarla korreksiya edilməsi
- çəp gözə aktiv yükün təyini, bu gözün görməsi zəifləyir, eynək görmənin bərpasına yardım edir
- apparatlar vasitəsilə müxtəlif müalicə metodları
- hər iki gözə məşqlər təyin edilir
Əgər bir il ərzində bu metodlar effekt vermirsə cərrahi müalicə təyin olunur.
Proqnozu:
Vaxtında müalicə aparılarsa yaxşıdır.
Profilaktiası:
Hamilə qadınlar neqativ təsirlərdən uzaq olmalıdır. Uşaqlar və böyüklər gözlərin gigiyenasına fikir verməlidir, onları travmalardan qorumalıdır.

Dostlarınla Paylaş

Çəpgözlük - Maraqlı məlumatı oxu


Çəpgözlük, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Çəpgözlük, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Islam Aləmi, Qurani Kerim, Online Xəritə, Rəsədxana, Oxu zalı, Hazır Smslər, Ilimiz 2021, Gundəlik, Futbol Nəticələri, Idman Xəbərləri, Gundəlik Burclər, Valyuta Məzənnəsi, Qarışıq Bolmələr, Online Tərcumə, Adların Mənası

Saytda 109 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021