Çində quş qripi insana yoluxub

Çində quş qripi insana yoluxub


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Çində quş qripi insana yoluxub

Çində quş qripi insana yoluxub
Çində quş qripi virusu H10N3 insana yoluxub.
Tatli.Biz oxu.az-a istinadən bildirir ki, hadisə Çzyansu əyalətində qeydə alınıb.
Belə ki, 23 apreldə 41 yaşlı kişidə qızdırma və digər simptomlar görülməyə başlayıb. 28 aprel tarixində xəstənin vəziyyəti pisləşib və o, yerli xəstəxanaya yerləşdirilib.
Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəstədən götürülən nümunəyə əsasən onda H10N3 virusunu aşkar edib.
Qeyd edilir ki, virus quş mənşəli olsa da, onun insanları yoluxdurma  "effektivliyi" yoxdur.
Xəstə ilə sıx təmasda olan şəxslər həkim nəzarəti altına alınıb, onlarda heç bir anomaliya aşkar edilməyib. Hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir və xəstəxanadan buraxıla bilər.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024