Hər gün yeni maraqlı məlumatlar əlavə olunur
Cinsi istəyi artırmağın YENİ YOLU
Qədim zamanlarda zəfəran güc artıran, göz xəstəlikləri (xüsusilə kataraktanı), zəhərləməni müalicə edən ətirli maddə kimi geniş istifadə olunurdu.
Qədim zamanlarda zəfəran çox yüksək giymətləndirilirdi və hətta bahalı hədiyyə kimi ən yüksək vəzifəli şəxslərə hədiyyə olunurdu.
Zəfəranın vətəni dəqiq məlum deyil. Avropaya zəfəranı ərəblər gətirib. Hal hazırda zəfəran müxtəli ölkələrdə - Hindistanda, Misirdə, İranda, İspaniyada, Çində, Azərbaycanda - yetişdirilir. Ən yaxşı zəfəran kimi Kəşmir (Hindistan) zəfəranı sayılır. Bu zəfəran ən bahalıdır. Lakin zəfəranın əsas hissəsi İranda istehsal olunur.
Zəfəran krokus gülündən əldə edilir.
Zəfəranın nadir müalicəvi xüsusiyyətləri bu ədviyyatı əsl təbii dərman edir. Zəfəran dünyada əczaçılıq sənayesində istehsal olunan müxtəlif dərmanların tərkibinə daxil olunur.
Zəfəran həzm prosesləri və iştahanı yaxşılaşdırır, qaraciyərin fəaliyyətinə müsbət təsir edir, ödqovucu xüsusiyyətlərinə malikdir.
Zəfəran ürək üçün çox xeyirlidir. Ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir.
Zəfəran sinir sisteminə sakitləşdirici təsir edir, əqli fəaliyyəti stimullaşdırır, yaddaşı və diqqəti yaxşılaşdırır.
Zəfəran insanı daha gümrah edir, orqanizmin tonusunu qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
Zəfəranın güclü antioksidant xüsusiyyətləri var. O, orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir, xərçəngin profilaktik vasitəsi sayılır.
Süddə dəmlənmiş zərəran (2-3 "tükcük" 1 stəkan südə) öskürək zamanı çox yaxşı müalicəvi təsir edir - bəlğəmi durulaşdırır və onun orqanizmdən çıxmasını asanlaşdırır.
Zəfəran qədim zamanlardan kişilərin gücünü (potensiya) artıran təsirli vasitə kimi tanınır.
Qədim zamanlarda zəfəran göz xəstəlikləri zamanı geniş istifadə olunurdu. Müasir zamanlarda da bu bitki bəzi göz damcılarının tərkibinə daxil edilir.
Spazmolitik xüsusiyyətlərinə malik olan zəfəran baş ağrıları, menstruasiya zamanı ağrıları azaldır. Bunun üçün bir neçə "tükcük" qaynar suda dəmlənilir və içilir.
Ümumillikdə zəfəranı istifadə etdikdən əvvəl (qidalarda, şirniyyatlarda və s.) onu əvvəlcədən qaynar suda dəmləmək və sonra alınmış dəmləməni istifadə etmək lazımdır. Dəmlədikdən sonra zəfəranı tullamayın - bu müalicəvi bitkini 2-3 dəfə dəmləmək olar (bu zaman bitkinin faydalı xüsusiyyətləri itmir).
Zəfəran üz dərisinin vəziyyətini yaxşılaşdırır, cavanlaşdırır, dərini daha parlaq edir.
Lakin zəfəranın bütün bu möcüzəli xüsusiyyətlərindən faydalanmaq istəyirsinizsə, əsl zəfəran alın. Nəzərinizə çatdıraq ki, bəzən dükanlarda "zəfəran" adı ilə ucuz saxta ədviyyatlar satılır ki, bu maddənin təbii zəfəranla heç bir əlaqəsi yoxdur. Əsl zəfəran ucuz olmur, onun özünəməxsus zərif iyi və acı-şirin dadı var.
Hamilə qadınlar zəfəranın qəbulundan imtina etməlidir. Çünki yüksək dozalarda bu bitki uşaqsalmaya səbəb ola bilər. Belə hesab olunur ki, qədimdə qadınlar zəfəranı arzu edilməyən hamiləlikdən qurtulmaq üçün istifadə edirdilər.
Hipertoniyadan əziyyət çəkən insanlara da bu bitki ziyan gətirə bilər.
Tatli.Biz