Çirkli hava sonsuzluğa səbəb olur | Tatli.Biz
Çirkli hava sonsuzluğa səbəb olur
Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Çirkli hava sonsuzluğa səbəb olur

Çirkli hava sonsuzluğa səbəb olur
Zavodların və fabriklərin fəaliyyəti nəticəsində meydana gələn çirkli atmosfer təbəqəsi, zəhərli maddələr səbəbi ilə insanların həyatında həll edilməsi qeyri-mümkün fəsadlara yol açır. Bunlardan biri də sonsuzluqdur.
Tatli.Biz Axşam.az-a istinadən xəbər verir ki, hazırda dünyada milyonlarla ailə bu vəziyyətlə üz-üzədir.
Alimlər çirkli havanın hamiləlikdə, erkən doğum və sonsuzluq da daxil olmaqla, sağlamlıq üçün təhlükəli faktorları artırdığını aşkar ediblər.
Pekin universitetinin mütəxəssisləri, 18 min 571 cütlük üzərində apardığı araşdırmalardan sonra, sonsuzluğun yüzdə 30%-nin, məhs çirkli havadan qaynaqladığı qənaətinə gəliblər.
"Environment International" adlı məqalədə isə hər il sonsuzluğun 20% artığı qeyd edilib. ABŞ-da 600 qadın üzərində aparılan başqa bir tədqiqat zamanı isə, çirkli havanın yumurtalıqların fəaliyyətinə əngəl olduğu aşkar edilib.

Dostlarınla Paylaş

Saytda 80 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022