COVID-19 infeksiyasının konyunktivitlə başlaması da mümkündür


Maraqlı Məlumatlar
Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

COVID-19 infeksiyasının konyunktivitlə başlaması da mümkündür

COVID-19 infeksiyasının konyunktivitlə başlaması da mümkündür
Yüksək hərarət, öskürək, halsızlıq kimi əlamətlərlə xarakterizə olunan koronavirus infeksiyası digər hallarla da özünü büruzə verir.
Tatli.Biz bildirir ki, həkim-oftalmoloq Gültəkin Məmmədova bu barədə AZƏRTAC-a deyib: "Gözə infeksiyanın düşməsi əsasən əllərlə təmas zamanı yaranır. Ona görə də əllərin təmizliyi xüsusi olaraq qeyd edilir. Lakin təkcə təmas zamanı deyil, hava-damcı yolu ilə də konyunktivitə yoluxmaq mümkündür. Yuxarı tənəffüs yollarına keçən COVID-19 infeksiyası da əvvəlcə konyunktivitlə başlaya bilər. Yəni hərarət, halsızlıq olmadan və heç bir şikayətsiz konyunktivit infeksion xəstəliyin ilk əlaməti kimi meydana çıxa bilər".
Virusdan qorunmağa çalışsaq da, yoluxma ehtimalı qaçılmazdır. Vacib məqamlardan biri də əlamətlərin gözlərdə necə hiss olunması ilə əlaqədardır: "Gözlərdə yad cisim hissiyyatı, yüngül qızartı, az da olsa selik şəklində ifrazat, yaxud qapaqlarda şişkinlik olması konyunktivitin başlandığının göstəricisidir".
Həkim-oftalmoloq deyir ki, gözləri qorumaq üçün eynəkdən istifadə hava-damcı yolu ilə yoluxma zamanı baryer rolu oynaya bilər. Lakin yuxarı tənəffüs yollarından yoluxan COVID-19 infeksiyası da konyunktivit şəklində özünü göstərə bilər. Ona görə də maskadan istifadə edilməli, gigiyenik qaydalara ciddi riayət olunmalıdır. Zərurət olmadığı halda evdən çıxmamaq məsləhətdir.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

COVID-19 infeksiyasının konyunktivitlə başlaması da mümkündür - Maraqlı məlumatı oxu


COVID-19 infeksiyasının konyunktivitlə başlaması da mümkündür, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, COVID-19 infeksiyasının konyunktivitlə başlaması da mümkündür

Saytda 88 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021