COVID-19 virusunun yeni dermatoloji əlaməti aşkarlanıb


Maraqlı Məlumatlar
Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

COVID-19 virusunun yeni dermatoloji əlaməti aşkarlanıb

COVID-19 virusunun yeni dermatoloji əlaməti aşkarlanıb
Öskürək, qızdırma, dad və ya qoxu itkisindən sonra COVID-19 virusunun əlamətlərinin diapazonu daha da genişlənib. Fransada dermatoloqlar son günlərdə səhiyyə sahəsində yuxarı instansiyaları dəri lezyonlarının yaranması fəsadları ilə bağlı xəbərdarlıq ediblər. Bununla bağlı qəti nəticələr çıxarmaq üçün hələ tez olsa da, dermatoloqlar həmkarlarının ayıq və diqqətli olmasını istəyiblər.
Tatli.Biz AZƏRTAC-a istinadən bildirir ki, artıq ölkədə COVID-19 virusuna yoluxan xəstələrə əl və ayaq barmaqlarında qaşıntı, yaralar, qızartılar olması ilə bağlı suallar verirlər. Dermatoloji əlamət əsasən barmaqlarda təzahür olunur.
Həkimlər bildiriblər ki, günbəgün virusun necə inkişaf etdiyini aşkarlayırlar.
Fransa Dermatoloqlar Cəmiyyətinin prezidenti bildirib ki, dermatoloji əlamətlər çox saylı xəstələrdə, xüsusilə də gənc xəstələrdə aşkarlanıb. Qeyd edib ki, bu əlamətin virusun gecikmiş əlamətidir, ancaq bu əlamət elmi şəkildə təsdiq edilməlidir.
Dermatoloqlar həmkarlarının ehtiyatlı olması məqsədilə bu haqda xəbərdarlıq ediblər və bu əlamət haqqında COVID-19 virusuna qarşı kütləvi seroloji testlər zamanı daha ətraflı məlumat veriləcək.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

COVID-19 virusunun yeni dermatoloji əlaməti aşkarlanıb - Maraqlı məlumatı oxu


COVID-19 virusunun yeni dermatoloji əlaməti aşkarlanıb, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, COVID-19 virusunun yeni dermatoloji əlaməti aşkarlanıb

Saytda 106 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021