Çox əsəbi insanların rastlaşdığı – "Qoca ifritə" sindromu nədir?

Çox əsəbi insanların rastlaşdığı – "Qoca ifritə" sindromu nədir?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Çox əsəbi insanların rastlaşdığı – "Qoca ifritə" sindromu nədir?

Çox əsəbi insanların rastlaşdığı –
Yuxu iflici - çox xoşagəlməz, qorxulu bir haldır. Bu zaman insan beyin oyaqlığı ilə bədən hərəkətsizliyi arasında olur.
"Medicina" xəbər verir ki, psixoterapevt Yelena Kolesniçenko yuxu iflicinin çox stresdə olan insanlarda daha tez-tez baş verdiyini bildirib.
"Yuxu iflici zamanı insan yuxudan beyincə ayılır, amma hərəkət edə, səsini çıxara bilmir. O, sanki otaqda kiminsə varlığını hiss edir, sanki kimsə sinəsi üzərində oturub onu boğur. Bu zaman o qışqırmaq istəsə də səsi çıxmır.
Cəmi 10-15 saniyə çəkən bu durum çoxlarını qorxudur.
Psixoterapiyada buna həm də "qoca ifritə" sindromu deyilir.
"Uzun müddət stress, travma, depressiyada olan insanlarda yuxudakı obrazlar və hal reallıqla qarışır.
Adətən insan kabus, eybəcər bir varlıq, qara cadugər, mifik bir varlıq görür. Bu səbəbdən ona mistik qara qoca cadugər adı qoyublar.
Bəzənsə insan sanki bədənindən kənara çıxır və özünü tavandan izləyir.
Yuxu iflicinin səbəbləri:
- Xroniki yuxusuzluq
- Nevroloji xəstəliklər
- Yuxuda xoruldama
- Pis nəfəs alma
- Bəzi dərmanların qəbulu
- İçki, tütün, kofein
- Kürəyi üstə səmtini dəyişmədən yatmaq
- İrsi genetik
- Stress, depressiya, psixoz
Adətən bu haldan tələbələr, şagirdlər, yeni ana olan qadınlar və yenicə itki, qorxu keçirmiş adamlar əziyyət çəkir.
Nəzərə alın ki, bu zaman sizin bədəniniz, ruhunuz üçün heç bir təhlükə yoxdur.

Dostlarınla Paylaş

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024