Depressiya və narahatlığın qarşısını alan 3 MÖCÜZƏ

Depressiya və narahatlığın qarşısını alan 3 MÖCÜZƏ


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Depressiya və narahatlığın qarşısını alan 3 MÖCÜZƏ

Depressiya və narahatlığın qarşısını alan 3 MÖCÜZƏ
Amerikalı psixiatr Uma Naydu yaddaşın yaxşılaşmasına kömək edən, depressiya və narahatlığın qarşısını alan məhsulların adlarını açıqlayıb.
Beyin hüceyrələrini sağlam saxlamaq üçün mütəxəssis tünd şokolad yeməyi məsləhət görür və deyir ki, nə qədər tünd olarsa, o qədər yaxşıdır. Tünd şokoladda beyin hüceyrələrinə faydalı təsir göstərən antioksidantlar və flavanollar var. Eyni zamanda normanı qorumaq lazımdır, çünki şokoladın çoxluğu qan damarları üçün zərərlidir. Araşdırmalar göstərib ki, rasionda tünd şokoladın optimal miqdarı həftədə 45 qram təşkil edir.
Giləmeyvə də beyin üçün olduqca faydalıdır. Naydunun sözlərinə görə, giləmeyvədə yaddaşı gücləndirən, koqnitiv qabiliyyətlərinin itirilməsini yavaşladan və oksidləşdirici streslə mübarizə üçün vacib olan antioksidantlar, qida maddələri, liflər, vitaminlər və minerallar var.
"Əlavə olaraq, müxtəlif giləmeyvələri yemək narahatlıq pozğunluğunun simptomlarını zəiflətməyə və demensiya kimi neyrodegenerativ xəstəliklərin qarşısını almağa kömək edir", - deyə Naydu izah edib.
Narahatlığı azaltmağın və koqnitiv qabiliyyətlərin qorunub saxlanmasının başqa bir yolu da sarıkök yeməkdir. Göyərti, əsasən də ispanaq, manqold və acıqıjı yemək beyin üçün faydalı deyil: onların tərkibində folotalar var ki, bunlar da depressiya simptomlarının güclənməsinə səbəb ola bilər. Sonda Naydu turş kələm, miso, çay göbələk içkisi, qatıq və yoğurt daxil olmaqla daha çox mayalanmış məhsulları qidaya qəbul etməyi məsləhət görür.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024