Dərmanları çay, şirə və başqa maye ilə içmək təhlükəlidir

Dərmanları çay, şirə və başqa maye ilə içmək təhlükəlidir


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Dərmanları çay, şirə və başqa maye ilə içmək təhlükəlidir

Dərmanları çay, şirə və başqa maye ilə içmək təhlükəlidir
Kanadalı alimlərin apardığı araşdırmaya görə, bir çox dərmanların meyvə şirələri ilə (portağal, qreypfrut, alma və s.) qəbul edilməsi onların təsirini azaldır, bəzi hallarda isə bu, müəyyən təhlükələr doğura bilər. Belə ki, tədqiqatın nəticələrinə görə, bəzi dərmanların qreypfrut, alma və ya portağal şirəsi ilə içilməsi insanın zəhərlənməsinə gətirib çıxarır.
Tatli.Biz xəbər verir ki, David Bailey və həmkarları əvvəlcə meyvə sularının təsirini allergiyaya qarşı dərmanlardan istifadə edən qrup üzərində araşdırıblar. İştirakçıların bəziləri həmin dərmanlardan birini su ilə, digərləri isə qreypfrut şirəsi ilə qəbul ediblər. Şirə ilə içilən dərman orqanizmə qismən, su ilə qəbul edilən dərman isə tam təsir göstərib
Aparılan kliniki təcrübələr göstərdi ki, qreypfrutun tərkibində olan bir maddə bir sıra dərmanların bədənə sorulmasını təmin edən CYP3A4 fermentinin təsirini azaldır, hətta bəzən preparatın zəhərli təsir göstərməsinə gətirib çıxarır.
Araşdırmalarının nəticələrini açıqlayan alimlər bildirdilər ki, xərçəng, ürək-damar xəstəlikləri, infeksion xəstəliklər zamanı istifadə olunan, həmçinin orqan köçürülməsi əməliyyatlarından sonra bədənin yeni orqanı rədd etməməsi üçün qəbul edilən dərmanlar meyvə şirələri ilə içilməməlidir. /medicina.az
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023