Dietoloq kişilər üçün ən zərərli məhsulu seçdi


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Dietoloq kişilər üçün ən zərərli məhsulu seçdi

Dietoloq kişilər üçün ən zərərli məhsulu seçdi
Qastroenteroloq, dietoloq və kulinariya blogeri Nuriya Dianova mayonezin zərərlərindən söz açıb.
Tatli.Biz xəbər verir ki, dietoloq hər kəsi, xüsusilə kişiləri bu zərərli məhsuldan uzaq durmağa çağırıb:
"Bayramlarda masanın üstündəki ən zərərli məhsul mayonez salatlarıdır. Kişilərimiz artıq kökəlir, çox stress yaşayırlar. Bu cür məhsullar bədənə faydalı heç nə vermir. Ancaq həqiqətən istəsəniz, salatları heç olmasa xama ilə hazırlayın, mayonezlə deyil", - Dianova bildirib.
Dietoloq Anqelica Dyuval isə yeməklərlə birlikdə meyvə şirələri və qazlı sular içməməyi tövsiyə edib. O bildirib ki, bu sokların içərisindəki şəkər miqdarı bağırsaqlarda fermentasiyanı stimullaşdırır, yəni qarın boşluğunda meteorizm baş verə bilər ki, bu da mədədə ağırlıq və həzm pozğunluğuna gətirib çıxarıb. 
Tatli.Biz

Dostlarınızla Paylaş

Saytda 171 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026