Diş əti çəkilməsi nədir?

Diş əti çəkilməsi nədir?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Diş əti çəkilməsi nədir?

Diş əti çəkilməsi nədir?
Diş əti çəkilməsi - diş ətinin mina sərhədinin altına düşərək diş kökünün lazımi yerdən daha çox meydana çıxmasıdır. Bu vəziyyət hər yaş qrupundan olan insanlarda görülə bilər.
Diş əti çəkilməsinə səbəb olan əsas faktorlar hansılardır?
Səhv diş fırçalama, gündə 3 dəfədən sonra diş təmizləmək, diş fırçasının sərt olması, diş əti problemləri və s faktorlar sırasındadır. Bundan başqa siqaretdən istifadə, stress, diş daşları da bu hala səbəb yarada bilər. Diş daşları daha sonra damaqlarda qanama ilə müşahidə edilir. Ən sonda isə ət çəkilməyə başlayır.
Bəs diş əti çəkilməsi necə müalicə edilir?
Müalicəyə gec başlanılmamalıdır. İlk olaraq bu vəziyyətin qarşısını alan müalicələr lazımdır.Əgər ehtiyac olarsa cərrahi müdaxilə də edilə bilər. Əsasən ilkin müdaxilə 3 addımda aparılır:
- Yaranan problemin müalicə edilməsi
- Dişdə olan həssaslığın müalicəsi
- Çəkilən diş ətinin cərrahi prosedurla əvvəlki vəziyyətə qaytarılması
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023