Dondurmanı alarkən onu yoxlamaq qaydası və istehlak etməyin faydası

Dondurmanı alarkən onu yoxlamaq qaydası və istehlak etməyin faydası


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Dondurmanı alarkən onu yoxlamaq qaydası və istehlak etməyin faydası

Dondurmanı alarkən onu yoxlamaq qaydası və istehlak etməyin faydası
Havaların isinməsi ilə əlaqədar dondurmaya olan tələbat artır. Ona görə də marketlərlə yanaşı, parklarda və yol kənarlarında dondurma satışı ilə məşğul olanlara rast gəlinir. Dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, istifadə üçün yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibinə diqqət yetirmək lazımdır. Küçə və parklarda açıq şəraitdə gilizlərdə - qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanılma şəraitinə fikir vermək xüsusilə vacibdir. Qeyri-sanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə səbəb ola bilər.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin dondurma haqqında olan maarifləndirici materialda xəbər verilir.
Dondurmaların digər qida məhsulları ilə bir yerdə saxlanılması tövsiyə edilmir, çünki digər qidalarla eyni soyuducuda saxlanılması məhsulun orqanoleptik göstəricilərinə (iyi, dadı), keyfiyyətinə təsir etməklə yanaşı, onun tərkibində mikroorqanizmlərin inkişafına da səbəb olur. Nəzərə almaq lazımdır ki, dondurma istehsalında xammal olaraq istifadə olunan süd mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitdir. Bunun üçün də dondurma pasterizasiya olunmuş süddən hazırlanmalı və istehsal olunduqdan sonra soyuq zəncir prinsipinə uyğun olaraq saxlanılmalı və daşınmalıdır.
Dondurma homogen şəkildə olmalıdır. Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə edilərsə, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə də, istehlakı tövsiyə edilmir. Saxlanma temperaturunun sabitliyi dondurmanın keyfiyyətini təmin edən əsas səbəblərdəndir. Saxlanma temperaturuna riayət etmədikdə həmin məhsullarda mikrobioloji proseslər başlayır və bu, insan orqanizmi üçün təhlükələrə səbəb olur.
Xüsusilə də mədə-bağırsaq sistemi həssas olan, mədə xorası və xroniki qastrit, diabet xəstəliyi, qaraciyər problemi olanlar dondurma istehlak edərkən diqqətli olmalıdırlar. Sutka ərzində 300-400 qramdan çox dondurma yemək tövsiyə edilmir, çünki normadan artıq istehlak yuxarı tənəffüs yollarının iltihabına, piylənməyə, qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
Bütün bunlarla yanaşı, dondurmanın bir sıra faydalı cəhətləri var. Dondurma yüksək qidalılıq dəyərinə malik, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun tərkibi orqanizm üçün faydalı olan süd yağları, proteinlər, karbohidratlar, mineral maddələr və vitaminlərlə zəngindir. Tərkibində kalsiumun miqdarının yüksək olması sümüklərin möhkəmləndirilməsinə faydalı təsir göstərir. Keyfiyyətli dondurma istehlakı orqanizmdə sevinc hormonu kimi tanınan serotoninin artmasına səbəb olur.
Dondurma təzə qaymaq dadı verməlidir. Hazırlanma texnologiyasında onun yağlılığını artırmaq üçün standartlara uyğun olaraq yalnız kərə yağından istifadə olunmalıdır. İstehlak zamanı dondurmanın boğazda acı dad verməsi tərkibinə marqarin və ya bitki mənşəli yağların qatıldığını göstərir. Dondurma məhsulunun keyfiyyəti onun tərkibindən və saxlanma şəraitindən asılıdır.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024