Dünyada daha bir epidemiya gözlənilir: Gözlərinizi qoruyun

Dünyada daha bir epidemiya gözlənilir: Gözlərinizi qoruyun


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Dünyada daha bir epidemiya gözlənilir: Gözlərinizi qoruyun

Dünyada daha bir epidemiya gözlənilir: Gözlərinizi qoruyun
Qadjetlərdən geniş istifadə miyopiyanın dünyada yayılmasına səbəb olub. Problem xüsusilə 1997-2012-ci illər arasında doğulanlar arasında müşahidə olunur.
Tatli.Biz publika.az-a istinadən xəbər verir ki, bu barədə göz cərrahı Yorn Yorgensen danışıb.
Həkimin sözlərinə görə, Böyük Britaniyada son 30 ildə yeniyetmələr və gənclər arasında miyopiya 46% artıb. O qeyd edib ki, bu, yetkinlik dövründə uşaqların gündüzlər çöldə kifayət qədər vaxt keçirməməsi, qadjetlərə üstünlük verməsi ilə bağlıdır.
"Bu səbəbdən onlar kifayət qədər dofamin qəbul etmir və görmə qabiliyyəti pisləşir. Həyatlarının kritik dövründə onlar təbii günəş işığı almırlar və bu, öz növbəsində miyopiyada çox nəzərəçarpacaq bir artıma səbəb olur. Bu, narahatedicidir və görünən odur ki, problem epidemiya halını alıb", - həkim vurğulayıb.
O, həmçinin əlavə edib ki, qadjetlərdən həddindən artıq istifadə miyopiyanın inkişafına kömək edir.
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 239 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024