Dünyada sağalmaz viruslara qarşı ilk peyvənd təsdiqləndi

Dünyada sağalmaz viruslara qarşı ilk peyvənd təsdiqləndi


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Dünyada sağalmaz viruslara qarşı ilk peyvənd təsdiqləndi

Dünyada sağalmaz viruslara qarşı ilk peyvənd təsdiqləndi
ABŞ-da Qida və Dərman İdarəsi (FDA) çikungunya virusuna qarşı dünyada ilk peyvəndi təsdiqləyib.
Tatli.Biz Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat verib.
Məlumata görə, peyvənd əsasən ağcaqanad sancması ilə keçən viruslara qarşı hazırlanıb. Ağcaqanadların geniş yayıldığı Afrikanın, Cənub-Şərqi Asiyanın tropik və subtropik bölgələrinin, eləcə də Amerikanın və bir sıra regionların sakinləri ona yoluxma riski ilə daha çox üzləşirlər. Lakin bu xəstəliyə yeni coğrafi bölgələrdə rast gəlmək olar.
Son 15 il ərzində ən azı 5 milyon çikungunya infeksiyası qeydə alınıb. İnfeksiya riski yüksək olan 18 yaşdan yuxarı insanların peyvənd edilməsi üçün artıq təsdiq edilib. Peyvənd əzələyə bir dəfə vurulacaq.
Dərman virusun zəifləmiş bir versiyasını ehtiva edir və xəstəlik zamanı baş verən qızdırmaya bənzər simptomlara səbəb ola bilər.
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023