Duzlu və şoraba yeyənləri bu ağır xəstəlik gözləyir – ALİMLƏR

Duzlu və şoraba yeyənləri bu ağır xəstəlik gözləyir – ALİMLƏR


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Duzlu və şoraba yeyənləri bu ağır xəstəlik gözləyir – ALİMLƏR

Duzlu və şoraba yeyənləri bu ağır xəstəlik gözləyir – ALİMLƏR
Çox duzlu qidalara, turşuya, şorabaya bağlılıq, meyillik gələcəkdə həmin insanda demensiya - əqli və yaddaş pozulmasına səbəb ola bilər.
Tatli.Biz xəbər verir ki, duzlu yeyənin baş beynində ciddi dəyişikliklər gedir.
ABŞ-ın Kornelli Universitetinin alimləri neyrobioloq Cuzeppe Farakonun rəhbərliyi ilə laboratoriya siçanları üzərində bu təsiri yoxlayıblar. Onlar siçanlara yüksək duzlu rasion seçir və 3 ay qidalandırırlar. Siçanlarda demensiya simptomları görülür və yuvalarından çıxdıqdan sonra onu tapmağa çətinlik çəkirdilər.
Alimlər təyin edib ki, artıq duz baş beyni qidalandıran arteriyaların divarlarını dəyişir, beyində kimyəvi dəyişikliklər yaradır və oksid azot sintezi dayanır. Hansı ki, məhz oksid azot damarları genişləndirir, qan dövranını təmin edir.
Eləcə də yeni araşdırma sübut edib ki, duzlu qida neyronlarda tay-zülalın stabilliyini pozur. Bu zülal neyronların sağlamlıq və funksiyalarını təmin edir.
Oksid azot çatışmadığına görə, tay zülallar neyronları tərk edir, bir yerə toplaşır yapışır və neyrofibrilyar toplar əmələ gətirir. Bununla da beyin neyronları ölməyə başlayır.

Dostlarınla Paylaş

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023