Ekzema nədir? -Dərinizdə qızarıqlıq yaranarsa

Ekzema nədir? -Dərinizdə qızarıqlıq yaranarsa


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Ekzema nədir? -Dərinizdə qızarıqlıq yaranarsa

Ekzema nədir? -Dərinizdə qızarıqlıq yaranarsa
Ekzema dəri quruluğu və qaşıntı ilə ortaya çıxan, immun sistemi zəif olan insanlarda müşahidə edilən dəri xəstəliyidir.
İmmunitet.az xəbər verir ki, uşaqların 20, böyüklərin 4 faizində görünür.
Bilinən və bilinməyən bir çox səbəbləri var. Ən çox rastlanan növü isə allergik olmasıdır. Dərinin quruluşunda mövcud olan yağ miqdarında dəyişiklik yaranır və dəridə su itkisi meydana çıxır. Su itkisi qaşıntıya səbəb olur və dərinin formasını pozur. Qaşıntıdan əlavə, quruluq, qızarıqlıq, çatlaqlar dayaranır. Ekzemalı dəri çox quru olduğundan şampun və sabunun heç bir faydası olmur. Belə xəstəlikdən əziyyət çəkənlər geyindikləri paltarlara da diqqət etməlidirlər. Yun paltarlar dərilərinə zərər verə bilər. Erkən diaqnoz bu xəstəlikdə mütləqdir. Bundan sonra isə müalicə əsas məqsəddir. Xəstəlik irsi olaraq da keçə bilər. Belə ki ana və ya atada varsa uşaqlarda 60-80 faiz arası yarana bilər. İmmunitet sisteminin güclü olması burada əsas məsələdir.
Stress ekzeması adı verilən xəstəliyin bu forması, stresli və problemli vəziyyətlərdə ortaya çıxan ekzema növüdür. Xəstəlik dəriyə təsir edən sabun, şampun, yuyucu toz, ətir kimi maddələrə məruz qaldığı zamanlar da ortaya çıxa bilir. Nəticədə dəridə quruluq, qaşıntı, qızarıqlıq yaranır.
Uşaqlarda isə süd, yumurta, fıstıq, ev tozu, ev heyvanları və bəzi bakteriyalar da ekzemaya səbəb ola bilər. Allergiyalı uşaqlarda da yaranması ehtimalı böyükdür.
Ekzemanın yaranmasının əsas səbəbləri:
Qadınlarda hormonal dəyişikliklər - hormon səviyyəsində olan dəyişiklik bu xəstəliyi yarada bilər. Həmçinin hamilə qadınlarda da bu şikayətlərin baş qaldırmağı mümkündür.
Quru dəri
Tərləmək
Uzun və isti hamam
Sabunlanma
Siqaret çəkmək
Kimyəvi maddələrlə təmas
Keyfiyyətsiz kosmetik vasitələrdən istifadə
Allergiya verən qidalar
Ekzemanın əlamətləri nədir?
Şiddətli qaşınma və ya yanma hissi
Qızarıqlıq və şişlik
Kiçik su toplayan qabarcıqlar
Dəridə rəng dəyişikliyi
Dəridə çatlama və kəsiklər
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023