Əlcəklər koronavirusdan qoruyurmu?


Maraqlı Məlumatlar
Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Əlcəklər koronavirusdan qoruyurmu?

Əlcəklər koronavirusdan qoruyurmu?
Pandemiya dövründə apteklərdən kütləvi şəkildə sadəcə maska və respiratorları deyil, həm də təkistifadəlik əlcəklər alınır. Ancaq mütəxəssislər əlcəklərin yararlı olmasından heç də əmin deyillər.
Tatli.Biz bildirir ki, əlcək taxmağın koronavirusdan qorunmaqda nə dərəcədə faydalı olduğu araşdırılıb.
Məlumata görə, əlcəklərdən istifadə yalnız qısa müddət üçün effektivdir. Bildirilir ki, həkimlər və tibbi personalın əlcək taxmağı vacib olsa da, bu, qan və digər bioloji maye kimi gözəgörünən çirkdən qoruyur. Bu əlcəklər yalnız qısa müddət ərzində əlləri bakteriya və virusdan qoruya bilər.
İş burasındadır ki, əlcəklər məsaməli materialdan hazırlanıb. Onlardan nə qədər çox istifadə edilsə, patogen mikroorqanizmlərin də əlcəyin içinə daxil olma ehtimalı bir o qədər artır. Bu səbəbdən həkimlər əlcəyi çıxardıqdan sonra əllərini diqqətlə yuyur və dezinfeksiya edirlər.
Bundan başqa, bu qoruyucu vasitə həm də aldadıcı sterillik hissi yaradır. Bir çox insan əlcək taxdıqdan sonra nə qədər də üzə toxunmamağa çalışsalar da, istər-istəməz bunu tez-tez edirlər. Həkimlər əlcək taxmağın virusa yoluxma artıra biləcəyinə dair xəbərdarlıq edirlər. Belə ki, təkistifadəlik əlcəkdə dəri daha tez tərləməyə başlayır. Bu isə bakteriya və virusların bütün növləri üçün ideal mühitdir.
"Qısa müddət ərzində təkistifadəlik əlcəyin səthində az öncə yuyulmuş əldən daha çox bakteriya yığılır", - pulmonoloq Yens Metyu bildirib.
Bu haqda dərc edilən məqalədə deyilir ki, koronavirusdan qorunmağın ən effektiv yolu ənənəvi profilaktik tədbirlərə riayət etməkdir. Bu, ilk növbədə, əllərin diqqətlə yuyulması və ictimai yerlərdən qaçınmaqdır. (ölkə.az)

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Əlcəklər koronavirusdan qoruyurmu? - Maraqlı məlumatı oxu


Əlcəklər koronavirusdan qoruyurmu?, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, Əlcəklər koronavirusdan qoruyurmu?

Saytda 147 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021