Ət yeməyin zəkaya təsiri

Ət yeməyin zəkaya təsiri


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Ət yeməyin zəkaya təsiri

Ət yeməyin zəkaya təsiri
Uşaqları vegetarian və veqan pəhrizi ilə ətdən məhrum etmiş valideynlər, uşaqlarda zəka geriliyi təhlükəsi ilə rastlaşa bilər. Bu haqda britaniyalı diyetoloq Emma Derbişer bildirmişdir.
Müəllifin fikrincə ətdən imtina etmə, beyin üçün zəruri olan xolin maddəsinin çatışmazlığına gətirib çıxarır. Belə bir maddə əsasən ətdə, yumurtada, süddə və az miqdarda dənli bitkilərdə olur.
Derbişerin sözlərinə görə, xolin, dölün baş və onurğa beyninin düzgün formalaşması üçün zəruridir və hamilə dövründə onun çatışmazlığı dünyaya gələcək körpənin sinir sistemində bir sıra qüsurlara səbəb ola bilər.
Ötən ilin dekabrında Kaliforniya Universitetindən olan professor Frenk Mitloner bildirmişdir ki, tam olaraq ətdən imtina etmək ətraf mühitə təsiri azaltmayaraq, əksinə daha da pisləşdirəcək.
ABŞ-ın Kornell Universitetinin molekulyar bioloqlar jurnalında dərc edilmiş məlumata əsasən, vegetarian pəhriz yoğun bağırsaqda xərçəngi riskini artıraraq, ürək-damar xəstəliklərinə yol aça bilər.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024