Fındığn tərkibindəki aflatoksin maddəsi nədir?
Tatli.Biz

Fındığn tərkibindəki aflatoksin maddəsi nədir?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Fındığn tərkibindəki aflatoksin maddəsi nədir?

Fındığn tərkibindəki aflatoksin maddəsi nədir?
Qida məhsullarının tərkibində yaranan toksiki elementlər insan sağlamlığı üçün ciddi təhlükə törədir. Fındığın tərkibindəki aflatoksin  qidanın təhlükəsizliyinə və dəyərliliyinə mənfi təsir göstərən zəhərli maddələrdəndir. Bu toksinin miqdarı normadan yüksək olduqda insan sağlamlığı üçün xüsusi təhlükə mənbəyinə çevrilir.
Tatli.Biz Qida Təhlükəsizliyi Agentliyinə istinadən bildirir ki, qida məhsullarında, yemlərdə və müxtəlif quru meyvələrdə temperaturun və rütubətin artması ilə əlaqədar olaraq xüsusi kif göbələkləri yaranır. Kiflənməni törədən göbələklər "aflatoksin" deyilən zəhərli maddə əmələ gətirir.
Fındıqda aflatoksin məhsulun düzgün şəkildə qurudulmaması, uzun müddət torpağın üzərində qalması, qurudulduqdan sonra torpaq, yarpaq, ot kimi yad cisimlərdən təmizlənməməsi, kisələrə qaydalara uyğun yığılmaması və saxlanılmaması zamanı yaranır.
Keyfiyyətli məhsul əldə etmək üçün ilk növbədə fındıq bağları əlverişli sahədə salınmalıdır. Fındığın növü və çeşidinə uyğun olaraq becərilməsi, vaxtında yığımı və qurudulması həyata keçirilməlidir. Həmçinin məhsulun saxlanma qaydalarına xüsusi diqqət yetirilməlidir. Məhsul sərin, quru və təmiz şəraitdə saxlanmalı, birbaşa günəş işığından qorunmalıdır. Belə ki, fındığın saxlandığı anbarın döşəməsi su axınlarına qarşı yerdən yüksək olmalı, tavanı və dam örtüyü su sızıntılarının qarşısını almalıdır. Anbarın içərisi rütubətli olmamalıdır. Həmçinin temperatur dəyişikliklərinə qarşı termoizolyasiyalı olmalıdır. Kanalizasiya boruları keçən yerlər anbar kimi istifadə edilə bilməz. Fındığın saxlandığı anbarda havanın nisbi rütubəti 70 faizdən çox olmamalı, uzunmüddətli saxlama zamanı temperatur həddi 0-10°C arasında dəyişməlidir. Qapı-pəncərələri çirklənmə və zərərli orqanizmlərin qarşısını alacaq şəkildə quraşdırılmalıdır. Anbarın döşəməsinin qurulmasına xüsusi diqqət yetirilməlidir.
Mütəxəssislər fındığı növ və yığım illərinə uyğun olaraq ayırıb, kətan və ya brezent kisələrdə saxlamağı tövsiyə edirlər. Saxlama zamanı kisələri bir-birinin üstünə qalaq şəklində yığmaq olmaz. Kisələr anbarın divarından 10 sm aralı yerləşdirilməlidir. Həmçinin kisələr arasında boşluq saxlanmalıdır. Havasızlıq nəticəsində kif göbələkləri müşahidə oluna bilər. Kiflənmənin baş verməməsi üçün məhsulun nəmliyinə, anbarın temperaturuna mütəmadi nəzarət edilməlidir. Uzun müddət saxlanılacaq məhsulda ayda azı 1 dəfə nəmliyin, ümumi kif göbələklərinin və aflatoksinin təhlilləri aparılmalıdır.

Dostlarınla Paylaş

Fındığn tərkibindəki aflatoksin maddəsi nədir? - Maraqlı məlumatı oxu


Fındığn tərkibindəki aflatoksin maddəsi nədir?, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Fındığn tərkibindəki aflatoksin maddəsi nədir?, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Pulsuz yuklemeler, free games, sohbet, qizlar, pulsuz whatsapp, whatsapp indir, instagram indir, youtube indir, bedava porno, bedava dinle, indir, azeri sarkilari, turk sarkilari, Yeni Oyunlar, Kohne Oyunlar, Top Oyunlar, Browser ve Internet, Sosial Şebekeler, Eylence

Saytda 186 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021