Hər gün yeni maraqlı məlumatlar əlavə olunur
Gözlər və rənglər
Gözlər və baxışlar mənaları ilə insana çox söz deyə bilər. Gözlərin gözəlliyinə və rənglərinə görə əsrlər boyu şairlər ser yazmış, yazıçılar hekayə və romanlar qələmə almışdır.
Gözlərin rənginin müxtəlifliyi kimi, gözəlliyi də müxtəlifdir. Amerikalı psixoloqlar gözlərin rənglərinə görə araşdırmalar aparmış və bəzi nəticələr əldə etmişlər. Onların fikirlərini sizinlə bölüşmək istəyirəm.
Boz rəngdə gözlər.
Bu rəng gözə sahib olan adamlar küsəyən olur. Bir çox xüsusiyyətləri ala gözlü insanların xüsusiyyətlərinə bənzəyir. Daima məşgul olurlar, ətrafdan enerjili adam təsiri bağışlayırlar, amma əslində elə deyillər. Yağışı və sakitliyi sevirlər. Çox ağıllı olurlar.
Alagöz rəngə sahib gözlər.
Bu cür göz rənginə sahib olan adamlar öz fikirlərində qətiyyətli olmurlar. Onların baxışları ilə fikirləri fərqli olabilir. Ala gözlərə sahib adamlar mübariz olurlar, rəqabəti, çəkişməyi sevirlər. Onların enerjiləri çox olur və insanlara yardın etməyi sevirlər.
Yaşıl rəngli gözlər.
Yaşıl gözə sahib olan adamların hər gözündə bir məna olur və gözəlliyi ilə hamını heyran qoyurlar. Bu cür adamların gözləri onları ehtiraslı göstərir. Birisini sevdikdə uzun müddətli sevirlər, təbiəti və macəranı həyatlarından uzaqlaşdırmaq istəmirlər. Qısqanc və möhkəm iradəyə sahib olurlar. Onlarla danışarkən diqqətli olmaq lazımdır, çünki hazırcavab olurlar və insanın üzünə kobud söz deməyə utanmırlar.
Mavi göz rəngi.
Mavi gözlü adamların gözlərindəki mənanı oxumaq olmur. Onlar digər gözlərə nisbətən daha cazibədar olur. Adətən havalı və soyuq görünən bu gözlərin sahibi əslində yardımsevər və ətrafdakıları düşünən olur.
Qəhvəyi göz rəngi.
Qəhvəyi rəngdə gözə sahib olan adamlar yalan deyəndə gözlərini qaçırırlar. Onlar diqqət mərkəzində olmağı sevirlər. Ağıllı olurlar və ona iş öyrədilməsini xoşlamırlar, yaradıcı və yeni fikirlərə sahib insanlardırlar. Onlar öz duyğularını dilə gətirməkdən çəkinir və daima hisslərini gizlədirlər.
Tatli.Biz