Guillain Barre sindromu nədir? - Nadir xəstəlik

Guillain Barre sindromu nədir? - Nadir xəstəlik


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Guillain Barre sindromu nədir? - Nadir xəstəlik

Guillain Barre sindromu nədir? - Nadir xəstəlik
Guillain Barre sindromu, vücudun maddələr mübadiləsinin sinir sistemini zədələyərək iltihablaşmasına yol açdığı nadir görülən xəstəlikdir.
Əl və ayaqlarda titrəmə, ağrılar xəstəliyin ilkin simptomları sırasındadır. Bu əlamətlər tezliklə bütün vücuda yayılaraq iflic keçirmək riskini çoxaldır.
Xəstəlik çox zaman başqa bir xəstəliyi olmayan insanlarda rast gəlinir. Xəstəlik uşaq yaşlardan tutmuş irəli yaşlaradək rast gəlinir. Qadınlar və kişilər eyni dərəcədə risk altındadir. Yaşlılarda uşaqlara nisbətən daha çox rast gəlinir.
Xəstəliyin əlamətləri nədir?
Ayaq və əllərdə kirəclənmə, iynə batımış kimi hissiyyat
Ayaqlarda başlayan gücsüzlük hissinin vücuda yayılması
Pilləkən çıxa bilməmək
Danışmaqda çətinlik
Çeynəmə, udmada çətinlik
Nəbzin yüksəlməsi
Yüksək və ya aşağı təzyiq
Nəfəs almaqda çətinlik
Nə zaman həkimə müraciət edilməli?
Sadalananların bir neçəsi müşahidə edilərsə həkimə getmək mütləqdir.
Yaranma səbəbi tam olaraq bilinmir. Adətən tənəffüs yolu ya da mədə iltihabı kimi yoluxucu infeksionların səbəb ola biləcəyi düşünülür.
Müalicəsi varmı?
Konkret bir səbəbi olmadığı üçün xüsusi bir müalicə üsulu təəssüf ki yoxdur. Ancaq müalicə ilə simptomları azaltmaq mümkündür.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024