Günəş şüaları dərinizi yandırıbsa, bunları etməyin

Günəş şüaları dərinizi yandırıbsa, bunları etməyin


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Günəş şüaları dərinizi yandırıbsa, bunları etməyin

Günəş şüaları dərinizi yandırıbsa, bunları etməyin
Günəş şüalarının yandırdığı dərini müalicə etmək üçün bir çox yol var. Bu prosesdə yeməkdən tutmuş geyimə qədər hər şeyə diqqət etmək vacibdir.
Tatli.Biz axşam.az-a istinadən günəş şüalarının yandırdığı dərini müalicə edərkən buraxılan yanlışları təqdim edir.
1. Tərkibində süni maddələr olan aloe gellərindən istifadə etmək
Aloe vera qızartını sakitləşdirməyə kömək etsə də, tərkibində benzokain və ya lidokain kimi bəzi süni komponentlər olan kremlər cildinizi qıcıqlandıracaq və yanmış bölgədə qaşıntı yaradacaq.
2. Dar paltar geyinmək
Dar paltar geyinmək dərinin nəfəs almasına maneə olduğu qədər, sağalmasını da ləngidəcək. Pambıqdan olan və dərinin nəfəs almasına imkan verən geyimlərə üstünlük verməyiniz tövsiyə olunur.
3. Qəhvə içmək
Günəş yanıqları baş ağrısına səbəb olur. Bu zaman bir fincan qəhvə içmək istəyə bilərsiniz. Lakin günəşdə yanmısınızsa, deməli bədəndəki su miqdarı azalıb. Kofein isə bədəndəki mayeni xaric edir və dərini qurudur.  
4. Makiyajla örtmək
Makiyajla yanmış bölgəni örtmək sizə cazibədar fikir kimi görünə bilər. Ancaq dar geyim kimi makiyaj da dərinin nəfəs almasının qarşısını alır. Mütləq şəkildə etməli olduğunuz hallarda isə ağır makiyaj etməməyə diqqət edin. Yumşaq fırçalardan istifadəyə üstünlük verin. Nəm süngərlərlə kremi üzünüzə yaymağa çalışın.
5. Soymaq
Günəşdə yanan dəri gözə o qədər də xoş görünmür. Bu səbəbdən ondan qurutmağa çalışarkən soymaq istəyəcəksiniz. Bu ləkələrin və zatən zədəli olan dəridə bir çox problemlərin yaranmasına səbəb olacaq.
6. Yanlış bədən kremini tətbiq etmək
Bədən kremi günəşin zədələdiyi bölgəni nəmləndirməyə kömək edir. Ancaq istifadə etdiyiniz məhsulun alkoqol əsaslı olmadığından əmin olun. Alkoqol kremin dərin qatlara qədər nüfuz etməsinə kömək etsə də digər tərəfdən təbii yağları məhv edir.
7. Portağal suyu içmək
Portağal kimi meyvələr antioksidanlarla zəngin olsa da, dərinizi işığa daha həssas edir. Lakin mütləq bu tip meyvələrin şirəsini içmək istəyirsinizsə, bu zaman günəş kremindən istifadə edin və günün altında dayanmamağa diqqət yetirin.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024