Günəşlənmənin təhlükəli TƏRƏFLƏRİ

Günəşlənmənin təhlükəli TƏRƏFLƏRİ


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Günəşlənmənin təhlükəli TƏRƏFLƏRİ

Günəşlənmənin təhlükəli TƏRƏFLƏRİ
Mançester Universitetinin alimləri müəyyən ediblər ki, parlaq günəşə məruz qalmaq dərinin səthindəki bakteriya müxtəlifliyini azaldır və bu, dermatit, ekzema və psoriazın inkişaf riskini artıra bilər.
Tatli.Biz oxu.az-a istinadən bildirir ki, tədqiqatda iştirak etmək üçün isti ölkələrə tətilə getməyə hazırlaşan könüllülər seçilib. Tətil başlamazdan əvvəl alimlər hər bir iştirakçının dərisinin vəziyyətini təhlil edərək, onun səthindəki aktinobakteriyaların, proteobakteriyaların və firtikutların sayı və tərkibini qiymətləndiriblər. Evə qayıtdıqdan sonra 1, 28 və 84-cü günlərdə iştirakçıların dəri mikrobiomunun tərkibi yenidən təhlil edilib.
Tədqiqatçılar müəyyən ediblər ki, günəşdə ən çox vaxt keçirən (qorunmayan) iştirakçıların tətildən sonrakı ilk gündə dərilərində daha az proteobakteriya səviyyəsi var. Proteobakteriyalar ümumilikdə ən çox sayda bakteriya qrupudur. Buraya 1534 növ daxildir ki, bu da bütün məlum bakteriya növlərinin təxminən üçdə birini təşkil edir.
Tədqiqatçılar qeyd ediblər ki, dəridə mövcud olan proteobakteriyaların sayının və müxtəlifliyinin azalması dəri mikrobiomunun pozulmasının əlamətidir. Belə arzuolunmaz dəyişikliklər dermatit, ekzema və sedef kimi xəstəliklərə səbəb ola bilər.
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024