Hamiləlik və dərmanlar

Hamiləlik və dərmanlar


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Hamiləlik və dərmanlar

Hamiləlik və dərmanlar
Gələcək ana doğulacaq körpəsinin gələcəyi üçün hamiləlik zamanı qidasına, istirahətinə, sağlamlığına diqqətlə yanaşmalıdır. O hamiləlik zamanı orqanizmində baş verən bəzi narahatlıqlara görə dərman qəbul edə bilməz. Ümumiyyətlə hamiləlik zamanı çox dərman qəbul etmək olmaz. Ən çox hamiləliyin ilk üç ayında dərmanların qəbulu qadağandır. Çünki bu dövr dölün hüceyrələrinin, toxumalarının, uşağın orqanlarının inkişaf dövrüdür. Qəbul edilən hər bir dərman doğulacaq uşağın sağlamlığı üçün zərərli ola bilər.
Hamiləlik zamanı orqanizmdə baş verən narahatçılıqları aradan qaldırmaq üçün bitki çaylarından istifadə etmək daha məqsədəuyğundur. Amma bitki çaylarını da həkimin məsləhəti ilə qəbul etmək lazımdır.
Hər bir qadın hamiləlik dövründə tərkibində vitaminlər və minerallar olan həblər qəbul eləməlidir. Hamilə qadında qıcqırma, qəbizlik, baş və bel ağrıları ola bilər. Çalışmaq lazımdır ki, bu narahatçılıqlar təbii yollarla aradan qaldırılsın.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 196 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024