Hansı məhsulları südlə qarışdırmaq olmaz?

Hansı məhsulları südlə qarışdırmaq olmaz?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Hansı məhsulları südlə qarışdırmaq olmaz?

Hansı məhsulları südlə qarışdırmaq olmaz?
Südün bir çox məhsullarla qarışdırılması mədə üçün əsl problemə çevrilə bilər. Ən maraqlısı odur ki, dietoloqlar südün qəhvə ilə də birləşdirilməsinin əleyhinədir.
Tatli.Biz xəbər verir ki, çayın da südlə birləşdirilməsi eyni təsirə malikdir.
Qəhvə
Bəli, zərif süd köpüyü olan kapuçinonu nə qədər sevsək də, bu içkini sağlam adlandırmaq olmaz. Məsələ burasındadır ki, süd zülalı kofeinin tonuslaşdırıcı təsirini neytrallaşdırır, buna görə bir fincan südlü qəhvədən sonra canlanmaq ehtimalı sıfıra bərabərdir. Bundan əlavə, süd turşusunun qəhvədəki bitki turşuları ilə birləşməsi şişkinliyə, mədədə ağırlıq və narahatlığa səbəb ola bilər.
Çay
Çayda da vəziyyət eynidir. Yaşıl və qara çay zəngin kofein mənbəyidir, südlə qarışdırıldıqda təsirini itirir. Ənənəvi ingilis içkisini içməkdən imtina etməyin başqa bir səbəbi süd zülalının çayın qan damarlarını genişləndirmə qabiliyyətini neytrallaşdırması və bəzi antioksidant birləşmələrini parçalamasıdır.
Dəniz məhsulları
Qaymaqlı sousda dəniz məhsulları ilə makaron, somon və kəsmikli beyql, hətta Filadelfiya rulosu bir çoxlarının sevdiyi yeməklərdir, təəssüf ki, qadağan olunmuş məhsullar siyahısına daxildir. Dietoloqlar balıq zülalı və Omeqa-3 yağ turşularını süd zülalı ilə birləşdirməməyi qətiyyətlə tövsiyə edirlər. Belə bir qarışıq sizə ağırlıq verəcək və bunlardan qurtulmaq son dərəcə çətin olacaq.
Yumurta
Yumurta və südün birləşməsi hər orqanizmin öhdəsindən gələ bilməyəcəyi ağır zülal "zərbəsidir". Belə bir qarışığı həzm etmək çətindir, odur ki, narahatlıq hissinin artma ehtimalı var. Omlet sevərlərə onu bişmiş və ya qaynadılmış yumurta ilə əvəz etmələri tövsiyə olunur.
Giləmeyvə
Meyvələr prinsipcə heç bir məhsula uyğun gəlmir. Onların süd məhsulları ilə birləşməsi təhlükəyə çevrilir. Süd zülalı olan meyvə turşuları mədədə fermentasiya prosesinə təkan verir, ağırlığa, mədə yanğısına və narahatlığa səbəb olur. Buna görə qaymaqlı-meyvəli şirniyyatlar və süd kokteyllərindan uzaq olmaq daha yaxşıdır. 
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 225 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024