Həddindən çox tərləmənin 7 səbəbi

Həddindən çox tərləmənin 7 səbəbi


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Həddindən çox tərləmənin 7 səbəbi

Həddindən çox tərləmənin 7 səbəbi
Həddindən çox həyəcanlanma zamanı insanlarda tərləmələr baş verə bilir.Bu sinir sisteminin həddindən artıq oyanması zamanı baş verir. Bunun qaşısını isə müxtəlif psixoterpiya müalicələri və yerli kosmetik vasitələrlə alırlar. Ən çox da yerli olaraq talk və müxtəlif tər əleyhinə losyonlar tərləmələrin qarşısını ala bilir. Uzun illərin müxtəlif araşdırmaları tərləmələrin aşağıdakı səbəblərdən baş verdiyini təsdiq edib.
1. Stress
 Tərləmənin əsas səbəblərindən biri stressdir. İnsanların bir qismində tərləmə strss zamanı meydana çıxır. Bu simpatik sinir sistemi səbəbindən baş verir. Stress zamanı insanların üzü, ovcunun içi,kürəyi, üst dodağı ilə burnunun ara hissəsi tərləyir. Stress səbəbli meydana çıxan tərləməni stress əleyhinə dərman vasitələri ilə aradan qaldırmaq olur.
2. Köklük
 İnsanların əksəriyyəti köklükdən tərləyir. Orqanizmdə normadan artıq piyin olması tərlənməni əmələ gətirən birinci səbəbdir. Bu zaman piy toxuması bədənin istiliyinin xaricə çıxmasının qarşısını alır və orqanizmin yegnə çıxış yolu tərləmək olur. Köklük səbəbindən əmələ gələn piylənmənin qarşısını isə arıqlamaqla almaq olur.
3. Yeniyetmə və klimaks dövrü  
Yeniyetməlik və klimaks dövrü insan həyatının hormonlarında dəyişiklikər baş verən dövr hesab edilir. Bu zaman tərləmə orqanizmdə bir siqnal rolu oynayır. Bu zaman əmələ gələn tərləmə hormonların miqdrının orqanizmdə əmələ gətirdiyi istilik səbəbindən baş verir. Bu vəziyyətdən yeganə çıxış yolu isə gigiyenik qaydalara əməl eləməkdir.
4. Qalxanabənzər vəzin funksiyasının artması
Qalxanabənzər vəzin funksiyasının artması trietoksikoza səbəb olur ki, bunun əlamətlərindən biri də tərləmədir. Triotoksikoz zamanı xəstələr hətta soyuq havalarda belə tərləyirlər. Bu zaman tərləmə ilə birlikdə xəstələrdə yuxusuzliq, zəiflik, əsəbi gərginlik və s. patoloji əlamətlər də meydana çıxa bilir. Vəziyyətdən çıxış yolu endokrinoloqa müraciət etməkdir.
5. Vegetativ damar distoniyası
Vegetativ damar distoniya vegetativ sinir sisteminin xəstəliyi zamanı meydana çıxır ki, bu zaman xəstələrdə güclü tərləmələr müşahidə edilir. Xəstəlik yanlız tərləmə il deyil, həzm sisteminin, tənəffüs sisteminin və istilik mübadiləsinin pozulması ilə müşahidə edilir. Vəziyyətdən çıxış yolu nevroloqa müraciət etməkdir.
6. Uzun müddət antibiotik qəbulu  
Uzun müddət antibiotik qəbul etdikdə bağırsaqların mikroflorası pozulur. Bu isə tərləməyə səbəb ola bilir. Tərləmənin bu səbəbdən əmələ gəldiyi təsdiq olunarsa o zaman bağırsaqların mikroflorasını yaxşılaşdırmaq patoloji əlamətin aradan qalxmasına səbəb olacaqdır.
7. Hamiləlik
Hamiləliyin birici üçaylığında orqanizm baş verən hormonal dəyişikliy öyrəşmə dövrü yaşayır. Bu isə bir çox əlamətlərlə yanaşı tərləmə ilə də özünü biruzə verir. Hamiləliyin ikinci və üçüncü üçaylığında isə orqanizm hamiləlik səbəbli meydana çıxan hormonal dəyişikliyə öyrəşir və tərləmə əlamətləri azalır.
Mill.Az

Dostlarınla Paylaş

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023