Həkim-allerqoloq: İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır
Tatli.Biz

Həkim-allerqoloq: İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Həkim-allerqoloq: İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır

Həkim-allerqoloq: İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır
Fəsil dəyişikliyi zamanı bir çox mövsümü xəstəliklər baş qaldırır. Onların arasında allergiyalar da var. Ağacların çiçək açması, tozlanma nəticəsində havada uçuşan toz hissəcikləri insanlarda allergiyaya səbəb ola bilər. Yazda allergiyası kəskinləşənlər günün birinci yarısı, xüsusilə saat 10-11 arası açıq havada gəzməməlidirlər, çünki tozlanma daha çox səhər saatlarında olur.
Tatli.Biz bildirir ki, həkim-allerqoloq Pərvanə Hüseynova bu barədə AZƏRTAC-a deyib: "Allergiyanın müxtəlif növləri var. Məsələn, qida maddələrinə, hansısa dərmana, heyvanlara, yuna və toza qarşı allergiyalar olur. Bitkilər çiçək açarkən və tozlanarkən da allergiyalar yarana bilər. Bu, əsasən martın əvvəllərindən başlayaraq aprel-may aylarına qədər davam edir. Bəzən elə xəstələr olur ki, onlarda mövsümü xəstəliklər payız aylarına qədər davam edir. Həmin xəstələr adətən göz sulanması, burunda qıcıqlanma, tez-tez asqırmalar, göz, burun və qulaqlarda qaşınmalardan şikayət edirlər".
Onun dediyinə görə, mövsümü xəstəliklərə səbəb olan bəzi allergiyaların vaxtında müalicə olunmaması hətta qış fəslində müəyyən qidalara qarşı allergik reaksiyalar yaradır: "İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır. Elə ola bilər ki, müəyyən müddət keçəndən sonra həmin xəstələrdə mövsümi allergik bronxit əmələ gələ bilər. Mövsüm vaxtı onlarda öskürmə, təngnəfəslik və xışıltı ola bilər. Ona görə də belə xəstələr allerqoloqa müraciət edərək müalicə olunmalı və dərman preparatları qəbul etməməlidirlər. Yaz vaxtı həmin xəstəliyi olanlar imkan daxilində qolu açıq geyinməməlidirlər".
Həkim-allerqoloq bildirib ki, çiçək tozcuqlarından qorunmaq üçün evə gələrkən dərhal geyimi dəyişmək, duş qəbul etmək lazımdır: "Mövsüm bitdikdən sonra isə həmin xəstəyə sınaqlar qoyularaq allergiyaya hansı çiçək və ya bitkinin səbəb olduğunu öyrənmək lazımdir. İmmunoterapiya vasitəsilə həmin xəstələrin 80 faizi müalicə edilir. Müalicə olunmadıqda bronxit, bronxial astma, bəzən mövsüm zamanı allergik rinit olan xəstədə iki-üç il sonra allergik bronxit əmələ gəlir və sonralar astmaya qədər aparıb çıxarır".
Yaz fəslində virus infeksiyalarının törətdiyi xəstəlikləri də unutmaq olmaz. Ona görə də yazda həm allergik xəstəliklərdən, həm də virus infeksiyalarından qorunmaq lazımdır.

Dostlarınla Paylaş

Həkim-allerqoloq: İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır - Maraqlı məlumatı oxu


Həkim-allerqoloq: İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Həkim-allerqoloq: İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Saytda 114 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021