Həkim-diyetoloq: Pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin
Tatli.Biz

Həkim-diyetoloq: Pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Həkim-diyetoloq: Pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin

Həkim-diyetoloq: Pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin
Ramazan ayında oruc tutarkən qida rasionuna düzgün əməl etmək çox vacibdir. Keçən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövründə qədəm qoyur. Yeni növ koronavirus (COVID-19) infeksiyasının immuniteti zəif olanları daha tez yaxalayır və onların xəstəliyi daha ağır keçir. Ona görə də pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin.
Tatli.Biz AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Gün ərzində aclıq saatları 15-16 saat davam edir və ona görə səhər yeməyi zamanı 2 ədəd yumurta, duzu az olan pendir və ya kəsmik qəbul etmək məsləhətdir. Səhər-səhər mütləq bir neçə xiyar yeyilməsi məsləhətdir, çünki gün ərzində susuzluğun yatırılmasına kömək edir".
Onun dediyinə görə, sahurda, həmçinin qaymaq, xama, zeytun, süddə bişmiş yulaf da çox faydalı hesab olunur. Ramazan ayı yay fəslinə doğru yekunlaşacağından havalar indikindən daha isti, günlər daha uzun olacaq. Ona görə də hər gün iftardan iki saat sonra çoxlu su içilməlidir.
Həkim-diyetoloq qeyd edib ki, səhər və axşam yeməklərində çörək seçimi edərkən ağ çörəyə yox, kəpəkli çörəyə üstünlük verilməsi daha doğrudur, çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec həzm olunur. Bu, aclıq hissinə qalib gəlməyə kömək edir.
Həmsöhbətimizin dediyinə görə, Ramazanda iftar açarkən iki dəfə qidalanmaq məsləhət görülür, çünki birdən-birə mədəni çox yükləmək olmaz: "İftar süfrəsi təbii ki, duru yeməklə açılır. Şorbanı yeyəndən 15-20 dəqiqə, təxminən yarım saat sonra yenidən süfrəyə qayıdıb qidalanmanı davam etdirmək lazımdır. İftar süfrəsində ət, toyuq, balıq, göbələk və tərəvəz yeməkləri ola bilər. Süfrədə göyərtilərin olması həzm traktını yaxşılaşdırır, metobolizmi sürətləndirir və artıq çəkinin yaranması prosesinin qarşısını alır. Meyvələr yeməkdən dərhal sonra qəbul edilməməlidir. Yeməkdən 1,5-2 saat sonra meyvə yeyilməlidir, çalışıb yalnız bir meyvə, özü də qabığı soyulmadan yemək lazımdır".
Həkimlər yaşlıların, COVID-19 və digər xroniki xəstəliklərlə mübarizə aparanların oruc tutmasını məsləhət görmürlər, çünki oruc tutanda bütün xəstəliklər daha da kəskinləşə bilər. Oruc tutarkən iftar açanda yeməkləri tələsmədən, ağızda yaxşı çeynədikdən sonra udmaq lazımdır. Tələsərək yeyilən yemək mədədə sancı, şişkinlik, köp və qəbizlik kimi hallara səbəb ola bilər. Belə hallar müşahidə ediləndə yeməkdən sonra razyana, çobanyastığı və nanə kimi bitki çayları dəmləyib içmək lazımdır.
Ramazan.Tatli.Biz

Dostlarınla Paylaş

Həkim-diyetoloq: Pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin - Maraqlı məlumatı oxu


Həkim-diyetoloq: Pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Həkim-diyetoloq: Pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Allah anlayışı, Allahın 99 adı, Din anlayışı, Quran haqqında, Secde haqqında, Iman anlayışı, Islam haqqında, Namaz haqqında, Oruc haqqında, Qiyamet haqqında, Resullar haqqında, Şehadet anlayışı, Hecc haqqında, Diriliş haqqında, Rukun haqqında, Ihsan haqqında, Meişet duaları, Feyyaz duası, Ferec duası, Ayetul duası, Olum haqqında, Qebir haqqında, Berzex anlayishi, Qebrden qalxmaq, Emel hesablama, Sirat korpusu, Behişt haqqında Sevgi Dunyasi, Islam Dini, Letifeler, Dahilerin Sozleri, Maraqli Hadiseler, Burcler Haqqinda, Vetenim, Toy Merasimi, Maraqli Hekayeler, Maraqli Melumatlar, Insanlari Tani

Saytda 154 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021