Tatli.Biz

Hər bir xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərman preparatlarından istifadə olunmalıdır


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Hər bir xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərman preparatlarından istifadə olunmalıdır

Hər bir xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərman preparatlarından istifadə olunmalıdır
Bəzi kritik vəziyyətlərdə ən vacib dərmanların əl atında olması lazımdır. Təəssüf ki, bəzən lazım gəlmədiyi hallarda da müxtəlif dərmanları yığıb saxlayanlar və lazım gələndə onları tapmaqda çətinliklə üzləşənlər olur. Hazırkı pandemiya dövründə tez-tez apteklərdən hər zaman əlçatan olan dərmanların yoxa çıxması ilə üzləşirik. Bu, ilk növbədə, həkim təyinatı ilə müntəzəm olaraq dərmanlar qəbul edənlərə mənfi təsir göstərir və həmin dərmanların birdən-birə apteklərdən yoxa çıxması onların narahatlığına səbəb olur.
Tatli.Biz AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri həkim-terapevt Nərgiz Kərimova deyib.
O, daha sonra bildirib: "Yadda saxlamaq lazımdır ki, hər bir xəstəlik zamanı, o cümlədən virus xəstəliklərində yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə etmək lazımdır. Həkim dərman təyin edərkən, xəstənin anamnezinin bır sıra incəliklərini, dərmanların bir-biri ilə uyğunluq və ziddiyyətlərini, qarşılıqlı təsirinin xüsusiyyətlərini nəzərə alır. Həmin dərmanları özbaşına qəbul etmək mənfi nəticələrə, hətta ağırlaşmalara səbəb ola bilər. Hazırda elə xəstələr var ki, başqasına yazılmış reseptdən istifadə edir, bu, xəstəliyinin ağırlaşmasına səbəb olduqda isə deyir ki, qohum da bu dərmanları qəbul edib və sağalıb. Əslində o, bununla çox zərərli və yanlış üsulla öz xəstəliyini daha da şiddətləndirdiyinin fərqində olmur.
Lakin hər orqanizm eyni deyil və birinə yaxşı təsir edən hər hansı dərman başqa birisinə əks təsir göstərə bilər. Hormonal preparatların və antibiotiklərin qəbuluna da maksimum dərəcədə ehtiyatla yanaşmaq lazımdır. Çox təəssüflər olsun ki, hazırda COVID-19 infeksiyasının yayılması ilə əlaqədar olaraq, xəstələr özbaşına olaraq belə dərmanları külli miqdarda qəbul etməklə, profilaktika məqsədilə bu cür səhvlərə yol verirlər. Özünümüalicə faydadan çox ziyan gətirə bilər".
"Əl altında saxlanılan dərmanlara və ləvazimatlara sarğı materialları, yara, yanıq və qanaxmanın qarşısını almaq üçün istifadə olunan materiallar, ağrıkəsicilər, antihistamin preparatları və xəstənin mütəmadi olaraq qəbul etdiyi dərmanlar aiddir. Hər hansı xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə olunmalıdır, əks halda ciddi sağlamlıq problemləri yarana bilər", - deyə həkim-terapevt əlavə edib.

Dostlarınla Paylaş

Hər bir xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərman preparatlarından istifadə olunmalıdır - Maraqlı məlumatı oxu


Hər bir xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərman preparatlarından istifadə olunmalıdır, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Hər bir xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərman preparatlarından istifadə olunmalıdır, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Saytda 152 nəfər
Tatli.Biz
MobTop.az
©Tatli.Biz 2010-2021