Hipertonik-hiperkinetik sindrom

Hipertonik-hiperkinetik sindrom


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Hipertonik-hiperkinetik sindrom

Hipertonik-hiperkinetik sindrom
Bu sindrom ən çox amiostatik simptomlar kompleksi və parkinsonizm zamanı meydana çıxır.Hipertonik-hiperkinetik sindrom zamanı əzələ tonusu artır,hərəkətlər məhdudlaşır,sakitlik zamanı isə titrətmə əmələ gəlir.Müayinə zamanı əzələ gərginliyi dəyişmir və bütün bədənin əsməsi müşahidə edilir.Bu zaman xəstələrdə hərəkətin azalması və məhdudlaşması qeyd olunur.Bəzən xəstənin iradi hərəkətləri tamamilə azalır,xəstə tərpənməyərək maniken kimi durur.Xəstəlik zamanı xəstənin yerişi xırda addımlarla olur.Onların beli bükülmüş,dizləri,qolları dirsəkdən qatlanmış,gövdəsinə yaxınlaşmış olur.Xəstə yerində bir neçə addım atdıqdan sonra xırda addımlarla yeriyə bilir,bəzən yıxılır.Xəstəliyin əlamətlərindən biri xəstəni arxaya doğru astaca itələdikdə geriyə doğru tez-tez hərəkət etməsidir.
Belə xəstələrdə bəzən paradoksal kineziyalar əmələ gəlir.Yəni,emosional gərginlik zamanı və musiqi sədaları altında hərəkətsiz halında olan xəstə qaçır,pilləkənlərlə düşür və rəqs edir.Belə xəstələrin üzünün mimikası donmuş olur.Belə xəstələr gülmək və ya ağlamaq istədikdə onların üzünün mimikası çətinliklə dəyişilir,nitq yavaşıyır,səsi asta çıxır.
Xəstəlik irəlilədikcə xəstənin dərisinin quruluğu artır,üzün dərisi yağlanır,ağız suyu ifrazı artır.Ətrafların distal hissəsində titrətmələr meydana çıxır.Xəstənin barmaqları pul sayırmış kimi bir-birinə sürtülür.Bu titrətmə hərəkət zamanı azalır,amma,çənə əsir,xəstə yazı yaza bilmir(mikroqrafiya).
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 135 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024