"İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər"

"İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər"


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

"İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər"


İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər. Burada mühüm olan hamilə qadında virusun vaxtında aşkarlanıb antiretrovirus müalicəsinə başlamasıdır.
Tatli.Biz xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova açıqlayıb.
G.Cəfərova qeyd edib ki, İİV-ə yoluxmuş anadan uşağa bətndaxili inkişaf dövründə və ya ana südü ilə xəstəliyin keçməsi mümkündür:
"Vurğulamaq istərdim ki, İİV-in yoluxmanın qarşısının alınmasında anadan uşağa ötürülməsində ilk növbədə profilaktikanın böyük əhəmiyyəti var. Bu istiqamətdə də hazırda ölkəmizdə uğurlu tədbirlər görülür. Demək olar ki, son 5 il ərzində ölkəmizdə qeydiyyatda olan İİV-lə yaşayan hamilə qadınlardan virusun anadan uşağa ötürülmə halları qeydə alınmayıb. Belə ki, vaxtında aşkarlanan və Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülüb. ARV-terapiya proqramına qoşularaq müalicə qəbul edən bütün hamilələr daim Mərkəz mütəxəssislərinin nəzarəti altında olurlar və sağlam uşaq dünyaya gətirirlər".
Onun sözlərinə görə, İİV-ə yoluxan hamilə qadınlara qeysəriyyə əməliyyatına üstünlük verməsi və ana südü ilə qidalandırmadan mütləq şəkildə çəkinmələri tövsiyə olunur:
"Çünki, təbii doğuş zamanı dölün doğuş yollarından və ana südü ilə yoluxması mümkündür. Doğulduqdan sonra da bütün yenidoğulmuşlar Mərkəzin pediatrının nəzarətinə götürülür və onlara da Anadan uşağa ötürülmənin profilaktikası aparılır".
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024