İndi də ikiqat mutasiyalı koronavirus tapıldı
Tatli.Biz

İndi də ikiqat mutasiyalı koronavirus tapıldı


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

İndi də ikiqat mutasiyalı koronavirus tapıldı

İndi də ikiqat mutasiyalı koronavirus tapıldı
ABŞ-ın San-Fransisko körfəzi bölgəsində ilk dəfə olaraq koronavirusun ikiqat mutasiyaya uğrayan Hindistan variantı - "ikiqat mutant" adlandırılan növ - aşkar edilib.
Tatli.Biz APA-ya istinadən xəbər verir ki, yerli "NBC Bay Area" telekanalının məlumatına görə, söhbət, çox güman ki, koronavirusun bu növünün ABŞ-da ilk qeydə alınmasından gedir.
Nəşr yazır ki, koronavirusun Hindistan variantına yoluxma halı Stenford Klinik Virusologiya Laboratoriyasının mütəxəssisləri tərəfindən təsdiqlənib. Laboratoriyanın rəhbəri Benjamin Pinski bildirib ki, daha yeddi nəfərin virusun bu variantına yoluxmasından şübhələndikləri üçün yoxlamalar aparılır və nəticələr bu həftə məlum olacaq.
Nəşrin yazdığına görə, daha əvvəl Hindistanda aşkar olunan "ikiqat mutant" ikiqat mutasiyaya malikdir, ancaq onun daha yoluxucu olması və ya vaksinlərə qarşı davamlılığı hələ ki dəqiqləşdirilməyib.
San-Fransiskoda Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Piter Çin-Honq narahatlıqla bildirir ki, Hindistanın Maharaştra əyalətində qeydə alınmış koronavirusa yoluxma hallarının 20%-ni təşkil etdiyi üçün bu variant daha yoluxucu ola bilər.
"Bu Hindistan variantı əvvəllər ayrı-ayrılıqda qeydə alınmış variantların eyni virusda cəmləşdiyi ikili mutasiyaya sahibdir", - Çin-Honq belə deyib.
Cənubi Afrika və Kaliforniya variantlarına qarşı peyvəndləmənin effektivliyi barədə təsdiqlənmiş məlumatları nəzərə alan mütəxəssis bu növə qarşı da peyvəndlərin effektivliyinə "nikbin" yanaşdığını qeyd edib.

Dostlarınla Paylaş

İndi də ikiqat mutasiyalı koronavirus tapıldı - Maraqlı məlumatı oxu


İndi də ikiqat mutasiyalı koronavirus tapıldı, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, İndi də ikiqat mutasiyalı koronavirus tapıldı, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

whatsapp plus yukle, vplus plus, kodlasdirma, base64 koslasdir, md5 kodlasmasini ac, ip axtar, suya borcunu oyren, qaza borcunu oyren, isiga borcunu oyren, tapmacalar, letifeler, inshalar, xeberler, nagillar, atalar sozleri, aforizmler, online derslikler, Aze plus, Fm WhatsApp Plus yukle, WhatsApp Plus 2021 yukle, Vhacap plus yukle, Azwap plus, Vacap yükle, aile ve usaq, moda, maraqli melumatlar, saglamliq, taninmislar, derman qiymetleri

Saytda 103 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021