İsrailli alimlər: Britaniya ştammı birinci koronavirusla müqayisədə 45 faiz daha yoluxucudur
Tatli.Biz

İsrailli alimlər: Britaniya ştammı birinci koronavirusla müqayisədə 45 faiz daha yoluxucudur


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

İsrailli alimlər: Britaniya ştammı birinci koronavirusla müqayisədə 45 faiz daha yoluxucudur

İsrailli alimlər: Britaniya ştammı birinci koronavirusla müqayisədə 45 faiz daha yoluxucudur
Təl-Əviv Universitetində aparılan yeni tədqiqatın nəticələri göstərib ki, Britaniya ştammı (B.1.1.7) birinci koronavirusla müqayisədə 45 faiz daha yoluxucudur.
Tatli.Biz AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın nəticələri "Cell Reports Medicine" jurnalında dərc edilib.
Tədqiqatın müəlliflərindən biri - Təl-Əviv universitetinin Sakler adına Tibb fakültəsinin kliniki mikrobiologiya və immunologiya kafedrasının professoru A.Munits deyib: "Biz üç müxtəlif virus genini testləşdirən dəstdən istifadə edirik. Britaniya variantında, həmçinin B.1.1.7 kimi tanınan bu ştammda bu genlərdən biri - S geni mutasiya nəticəsində pozulub. Buna görə də biz hətta genetik ardıcıllıq olmadan variantın yayılmasını izləməyi bacardıq".
Professor A.Munitsin sözlərinə görə, laboratoriya məlumatları Britaniya variantının çox sürətlə yayılmasını göstərir: 2020-ci il dekabrın 24-də müsbət nəticələrin yalnız 5 faizi Britaniya variantına aid edilib. Cəmi 6 həftədən sonra - 2021-ci ilin yanvarında bu variant İsraildə COVID-19 yoluxmalarının 90 faizinə səbəb olub. Cari göstərici təxminən 99,5 faiz təşkil edir.
A.Munits deyib: "Bu kəskin artımı izah etmək üçün biz SARS-CoV-2 virusunun R-ədədini Britaniya variantının R-ədədi ilə müqayisə etdik. Başqa sözlə desək, hər hansı varianta sahib hər bir insandan orta hesabla neçə nəfər yoluxa bilər sualına cavab axtardıq. Məlum oldu ki, Britaniya variantı 45 faiz - təxminən 1,5 dəfə daha yoluxucudur".

Dostlarınla Paylaş

İsrailli alimlər: Britaniya ştammı birinci koronavirusla müqayisədə 45 faiz daha yoluxucudur - Maraqlı məlumatı oxu


İsrailli alimlər: Britaniya ştammı birinci koronavirusla müqayisədə 45 faiz daha yoluxucudur, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, İsrailli alimlər: Britaniya ştammı birinci koronavirusla müqayisədə 45 faiz daha yoluxucudur, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Islam Aləmi, Qurani Kerim, Online Xəritə, Rəsədxana, Oxu zalı, Hazır Smslər, Ilimiz 2021, Gundəlik, Futbol Nəticələri, Idman Xəbərləri, Gundəlik Burclər, Valyuta Məzənnəsi, Qarışıq Bolmələr, Online Tərcumə, Adların Mənası

Saytda 121 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021