Keratoakantoma

Keratoakantoma


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Keratoakantoma

Keratoakantoma
Keratoakantoma dərinin epiderma qatında əmələ gələn xoşxassəli şiş toxumasıdır. Xəstəlik dərinin görünən qişlarında əmələ gəlir və sürətlə böyüyür. Ən çox əllərdə, dırnaqların və dodaqların ətrafında, boyunda, üzdə və qollarda əmələ gəlir. Xəstəlik 20 yaşdan yuxarı adamlarda olur, kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.
Keratoakantoma ölçülərinə və saylarına görə müxtəlif olur və bədxassəli şiş toxumasına çevrilmirlər.
Xəstəliyin əmələ gəlmə səbəbi tibb elminə məlum deyil. Bəzi mütəxəssislər xəstəliyin meydana çıxmasında virusların rolu olduğunu qeyd edirlər. İnsan dərisində əmələ gələn 25 növ papillomanın DNT-si keratoakantomanın DNT-si ilə eyni olmuşdur. Son illərdə həkimlər dəridə keratoakantomanan tək yox, çoxlu şəkildə meydana çıxdığını qeyd edirlər.
Xəstəlik genetik xəstəlikdir, ailəvi xarakter daşıyır. Xəstəliyə daxili orqanlarda da rast gəlmək olur. Keratoakantomaya mədə-bağırsaq sisteminin yumuşaq toxumasında da rast gəlmək mümkündür.
Keratoakantoma yumuru və oval şəklində qırmızımtıl rəngdə, dəri rəngində, göy rəngdə 2-3 sm və ondan böyük diametrə malik olan şiş toxumasıdır. Ət xalı adında adlandırılan bu şiş toxuması 6-9 ay müddətində böyüyür və öz həddinə çatdıqdan sonra inkişaf eləmir. Tək və bir-neçə dənə olmaqla əmələ gələ bilir. Ən çox üzün dərisində meydana çıxır.
Xəstəliyin diaqnozu kliniki baxış və biopsiyanın nəticələrinə əsaslanır.
Keraroakantomanın müalicəsi cərrahi üsul, lazer üsulu və elektriklə əridilməkdən ibarətdir.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 215 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024